İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə45/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   127

otuz birinci dərs




ÜSTÜNLÜK TƏLƏBİNİN KÖKLƏRİ




«Gözlə ki, tərslik və inadkarlıq miniyi dəlisov at kimi səni götürüb, fəlakət girdabına yuvarlatmasın! Bir günaha batdıqda onu tövbə ilə yumağa tələs!»

Əmirəl-mö’minin Əlinin (ə) öz oğlu imam Həsən Müctəbaya (ə) vəsiyyətinin bir hissəsini şərh və təfsir etdik. Həzrət (ə) yuxarıdakı şərif ifadələrində diqqətimizi tərsliyin və tövbəni tə’xirə salmanın təhlükəsinə yönəldir. Biz belə bir təhlükədən olduqca dərin qəflətdəyik. Biz tərslik və inadkarlıq xüsusiyyətini daha çox uşaqlarda müşahidə edirik. Bə’zən insan elə uşaqlıq dövründən bir məsələnin üzərində inadkarlıq göstərir, tərslik edir. Onlara məsləhət verildikdə müxalif olur, tə’kid etdikdə daha sərt münasibət nümayiş etdirirlər. Onlar heç vəchlə öz qərarlarını dəyişmək istəmirlər. Əlbəttə ki, belə bir xasiyyət insanın xarakterinə hopduqda təkcə uşaq oyunlarına tə’sir göstərmir. Əksinə, bu xasiyyət gənclik, orta yaş dövrü, hətta qocalıqda da öz işini görür, insanın həyatını öz tə’siri altına salır. Olsun ki, çoxları bu çirkin sifəti özlərində görə bilmirlər.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin