İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ


TƏLAŞ VƏ TƏVƏKKÜL ORTA YOL, «E’TİDAL» YOLUDUR



Yüklə 3,86 Mb.
səhifə57/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   127

TƏLAŞ VƏ TƏVƏKKÜL ORTA YOL, «E’TİDAL» YOLUDUR


Unutmamalıyıq ki, insanlar bə’zən həyat yolunda ifrat və təfritə düçar olurlar. Bə’ziləri elə çalışırlar ki, sanki Allahın bu işlərdə heç bir rolu yoxdur. Onlar bütün güclərini bir tikə çörək qazanmaq üçün sərf edirlər. Elə ki o bir tikəni qazandılar, nəfsləri bir az da itiləşir və daha böyük qazanclar dalınca qaçırlar. Əksinə, elələri də vardır ki, tənbəllik və süstlük ucbatından yerlərində oturub, göydən ruzi düşməsini gözləyirlər. Hətta bəhanə gətirərək deyirlər ki, qismətimiz nədirsə, onu da alacağıq. Şübhəsiz ki, hər iki baxış yanlışdır. İnsan ruzisinin Allah tərəfindən verildiyinə inanmalı, Ondan ruzi istəməli, bununla yanaşı çalışmalı, öz vəzifəsini yerinə yetirməlidir. Əlbəttə ki, insanın nə qədər çalışmalı olduğunu və Allaha hansı həddə bel bağlamasının zəruriliyini tə’yin etmək çətindir. Amma ifrat və təfrit arasındakı orta («e’tidal») hədd ideal hesab olunur. İnsan nə ifrata varıb hərislik göstərməli, nə tənbəllik edərək yerində oturub qalmalıdır.

Bu misilsiz kəlamda təqvalılar imamı Əli (ə) buyurur: «Ruzi üçün çalış, həqiqətən, tə’yin olunmuş ruzi sənə çatasıdır». Əksər insanlar var-dövlət əldə etmək üçün həddən ziyadə çalışırlar. Amma bu çalışanlar arasında təsadüf insanlar istəyinə nail olur. Bir çoxları bu yolda hətta əlindəki sərmayəni də itirir, bə’ziləri isə olduqca az qazanc əldə edirlər. Elələri də var ki, dünya malının ardınca qaça-qaça nəhayətdə acından ölürlər. Qızılını balta kəsməyən elə varlılar da var ki, xəstəlik və ya digər bir səbəbdən qazancının bir tikəsini də rahat yeyə bilmir. Belə təsadüflər də olur ki, yaranmış şərait kimlərəsə böyük var-dövlət verir. Bütün bunlar sübut edir ki, əslində dünya ne’mətlərinin qədəri bizim çox çalışmağımızdan asılı deyil. Demək, orta bir yol tutulmalıdır. İnsan nə öz zəhmətinə güvənməli, nə də tənbəllik göstərib oturmalıdır. Ən əsası, insan öz vəzifəsinə əməl etməlidir. Nəticə isə Allahdan asılıdır. Allah nə istəyirsə, o da olasıdır. Bu qayda bütün ruzilərə şamildir. İstər yemək və geyim, istərsə də elm və bilik ne’mətləri yalnız və yalnız Allahın əlindədir. İnsan çalışıb zəhmət çəkməli, vəzifəsini icra etməlidir. Ruzini verən isə Allah-təaladır. Bə’ziləri heç bir zəhmət çəkmədən var-dövlət qazanır, elə bir məqama çatırlar ki, ağıllarına belə gəlməzdi. Allahın Rəsulu (s) buyurur: «Bəzən Allah-təala sizin üçün əlverişli fürsətlər yaradır».1 Yə’ni elə fürsətlər yarana bilər ki, insan ağlına gəlməyən ne’mətlər əldə edər. Belə də olur ki, bə’ziləri zəhmət çəkmədən çox üstün bir ruhi hal tapırlar. Amma elələri də var ki, gecə ibadətini yerinə yetirmək üçün çalışmalarına baxmayaraq, bu işdə müvəffəq ola bilmirlər.

Əlbəttə ki, istənilən nəticənin əldə olunmaması o demək deyil ki, biz vəzifəmizdən əl çəkməliyik. Məsələn, bir şəxs desə ki, mən ibadətdə hal tapa bilmədiyim üçün ibadət etmirəm, onun bu mövqeyi heç vəchlə qəbul oluna bilməz. Çalışıb müəyyən işləri görmək insanın vəzifəsidir və bu vəzifələr icra olunmalıdır. Nəticənin əldə edilməsi isə bir o qədər də mühüm deyil. Əsas məsələ Allahın razılığını qazanmaqdır. Öz qəlb istəyinin əksinə gedərək ibadət edən insan Allahın razılığını öz nəfsinin razılığından üstün tutur. Bu isə olduqca böyük müvəffəqiyyətdir.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin