İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ


TƏKAMÜLDƏ İCTİMAİ ƏLAQƏLƏRİN ROLU



Yüklə 3,86 Mb.
səhifə60/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   127

TƏKAMÜLDƏ İCTİMAİ ƏLAQƏLƏRİN ROLU


Əmirəl-mö’minin (ə) imam Həsən Müctəbaya (ə) vəsiyyətinin bu hissəsinin əsasını ictimai əxlaq və insanlar arasındakı münasibətlər təşkil edir. Əqidəmizcə, Allah-təalanın bu dünyada yaratdıqları, heç şübhəsiz, bütün insanlar üçün ne’mət sayılmalıdır. Əlbəttə ki, biz varlıq aləminin hadisələri arasındakı əlaqələri tam şəkildə dərk edə bilmirik. Amma elmin inkişafı və günbəgün artan biliklər hadisələr arasındakı əlaqələrin daha yaxşı dərk olunmasında xeyli rol oynayır. Məsələn, biz bilmirik ki, hər hansı bir ulduz sisteminin günəş sistemi ilə hansı əlaqəsi vardır. Amma elmi nailiyyətlər isbat edir ki, varlıq aləmindəki bütün mövcudlar arasında nizamlı bir bağlılıq vardır. İlk baxışdan, varlıq aləmində olanlar pərakəndə görünür. Amma bəşəriyyətin elm və biliyi artdıqca bu mövcudlar arasındakı əlaqələr açıq-aşkar şəkildə isbata yetir. Artıq sübut olunmuşdur ki, günəşin işığı, ulduzların hərəkəti, meteorların sıçrayışı, küləklər və digər təbiət hadisələri yer üzərindəki mövcudlara tə’sir göstərir. Eləcə də, yerdə və göydə baş verən hadisələr, təbiət örtüyünün inkişafı, canlıların təkamülü, göy cisimlərinin hərəkəti bir-birinə tə’sir göstərən amillərdir. İnsan hələ də bu hadisələri tam dəqiqliyi ilə öyrənə bilməmiş, onların qarşılıqlı tə’sirini təsdiq edib, başa çatdırmamışdır. Elmi tərəqqi nəticəsində mə’lum olmuşdur ki, hətta insanların zərərli bilib məhv etmək istədiyi həşəratlar da ictimai və fərdi həyat üçün faydalıdırlar. Bütün bunlar çox vaxt insanın sağlamlığı üçün istifadə olunur. Məsələn, hal-hazırda ilan və əqrəb zəhərindən müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur. Təbiətdən hazır şəkildə alınan bir çox maddələri hazırlayıb əldə etmək ya çox çətin, ya da mümkünsüzdür. Hansı ki, insanın son dövürlərədək zərərli hesab etdiyi bir çox canlıların misilsiz faydaları aşkarlanmaqdadır. Beləcə, elmin inkişafı ilə bir çox zərərli mövcudların əslində xeyirli olduğu aşkarlanmışdır. Yə’ni bir vaxt zərərli hesab etdiyimiz bu canlılar nəinki zərərli deyilmiş, hətta onların misilsiz faydaları varmış. Bütün bunları nəzərə alaraq, bildirilir ki, varlıq aləminə vahid bir nizam hakimdir. Varlıq aləmində olan bütün mövcudlar bu nizam sayəsində bir-birlərini tamamlayırlar. Demək, təkcə insan insan üçün yox, bütün varlıq aləmi bir-biri üçün faydalıdır.

Əlbəttə ki, bu toplumda insan başqa mövcudlardan fərqlənir. Belə ki, mövcudların bir-birinə faydası və zərəri təkvini və təbii bir zərurətdir. Amma insanların bir-birinə münasibəti onların istəklərinə əsasən formalaşır. Xüsusi ilə, insanın mə’nəvi inkişafı onun istək və iradəsindən asılıdır. İnsanın başqaları üçün faydalı olmasında da onun iradəsi mühüm rol oynayır. Beləcə, insanlar elə bir formada yaşaya bilərlər ki, bir-birləri üçün faydalı olsunlar. Təəssüf ki, bir-biri üçün ne’mət olası insanlar bə’zən bir-birləri üçün əzab-əziyyət yaradırlar. İctimai münasibətlərin, insanlar arasındakı əlaqələrin necəliyi insanın öz əlindədir. İnsan təkcə bu ne’məti yox, Allahın digər ne’mətlərini də özü üçün bədbəxtçiliyə çevirə bilər: «Məgər Allahın ne’mətini küfrə dəyişənləri və ümmətini fəlakətə çəkənləri görmürsənmi?!»1

Dünyadakı mövcudlar arasında insan səciyyəvi bir xüsusiyyətə malikdir. İnsan yeganə mövcuddur ki, onun ətrafdakılara münasibətdə xeyirli və ya zərərli olması öz iradəsindən asılıdır. Allah-təala insanı azad (muxtar) yaratmışdır. Eləcə də, insana göstəriş verilmişdir ki, ideallar əsasında hərəkət edərək başqaları üçün faydalı olsun. İnsan təkamülə çatmaq üçün Allaha pərəstiş etməli olduğu kimi, ictimai həyatda da başqaları üçün faydalı şəkildə hərəkət etməlidir. Daha dəqiq desək, İslamın son ictimai göstərişi budur ki, insanlar bir-birləri üçün faydalı olsunlar. Belə olacağı təqdirdə onlar Allahın maddi və mə’nəvi ne’mətlərindən daha səmərəli istifadə edib Allaha doğru təkamül yolunda irəliləyə bilərlər.

İnsan sağlam mühitdə öz təkamülü haqqında daha yaxşı düşünə bilir və daha sür’ətli hərəkət edir. Amma mühit bulaşıq olduqda, ailə üzvləri bir-birləri ilə didişdikdə, qonşularla münasibətlər pozulduqda, bir şəhər o biri şəhərlə müharibə apardıqda insanın təkamül şəraiti məhv olur. Belə mühitlərdə insan bütün enerjisini problemlərin həllinə sərf edir. İdeala doğru hərəkət üçün isə fürsət lazımdır. Aludə mühitlərdə yalnız gerilikdən söhbət gedə bilər. Demək, insanların təkamülə çatması üçün cəmiyyət aram, ədalətli, nizamlı və onun fərdləri möhtərəm olmalıdır. Əlbəttə ki, Allah-təala insanı elə xəlq etmişdir ki, o hətta qovğalı bir şəraitdə də qərar qəbul edə bilir. Amma intizamsız cəmiyyətdə bütün insanların belə iradəsi olmur. İnsan istənilən bir şəraitdə Allaha diqqətli olub, vəzifələrini icra edə bilər. Amma hər insanda belə bir qüvvə yoxdur ki, qovğalı şəraitdə də adi şəraitdə olduğu kimi qəlbini Allaha doğru istiqamətləndirə bilsin. Təsadüf insanlar hətta müharibə vəziyyətində də sülh vəziyyətində olduğu kimi mə’nəvi təkamül yolunu gedə bilirlər.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin