İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə7/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   127

Orta həddə riayət


Meyillərin tə’minində orta həddə riayət edilməsi həm şəriət, həm də əqlin tələbidir. Orta həddin və onun sağlam formasının tə’yini olduqca əhəmiyyətli bir məsələdir. İnsanın fitrətən meyl etdiyi ünsiyyət, sözsüz ki, mə’naya malikdir. Amma yalnız düzgün, doğru, sağlam ünsiyyət çox faydalı olar. Amma ünsiyyət şərtlərinə əməl olunmadıqda insan böyük zərərlərə düçar olur. Bir sözlə fitri istək həm xeyir, həm də şər vasitəsi ola bilər.

Hamı ilə yoldaşlıq etmək, yoxsa tənhalığa çəkilmək kimi tərəddüdə münasibətdə deyə bilərik ki, nə kiminlə gəldi yoldaşlıq, nə də mütləq tənhalıq göstərişi verilməmişdir. İnsan ictimai varlıqdır və onun həyatının əsasını ətrafdakılarla ünsiyyət təşkil edir. Ünsiyyət qapısı nə taybatay açıq qalmalı, nə də bir dəflik bağlanmalıdır. Nə ifrat doğrudur, nə də təfrit. Orta həddi gözləmək lazımdır.

Əxlaq alimləri arasında belə bir qayda var ki, “e’tidal”, yə’ni orta hədd gözlənilməlidir. Orta hədd me’yarı tam aydınlaşdırılmasa da, bu məfhum qəbul ediləsi nəzərdir. Bə’zi əxlaq alimləri bir qədər də dərinə gedib, yunan alimləri, xüsusi ilə Ərəstu tək, ümumiyyətlə, e’tidalı yaxşılıq me’yarı hesab etmişlər. Onların nəzərincə yalnız orta həddi yaxşı hesab etmək olar. Bu fikir tam məqbul olmasa da, bə’zi əməllərin keyfiyyətinin tə’yinində e’tidalın rolu inkar elilmir.

Qeyd etmək yerinə düşər ki, Əhli-beyt (ə) rəvayətlərində də uyğun məsələyə toxunulur. İmam Kazim (ə) buyurur: “Əməllərin ən üstünü orta həddə əməldir.”1 Bu və digər rəvayətlər e’tidalı bir me’yar kimi tanıtdırsa da, onun yeganə me’yar hesab edilməsi üçün əsas vermir.

Hər halda, həyat məqsədi müəyyənləşdirildikdən sonra bu məqsədə çatmaq üçün meyllərdən orta həddə istifadə olunmalıdır. Əks təqdirdə işin aqibəti ağır olasıdır.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin