İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə73/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   127

otuz beşinci dərs




DOSTLUQ QAYDALARI (2)




«Bağlandıqdan sonra qırılmaq, qardaşlıqdan sonra cəfa, dostluqdan sonra düşmənçilik, sənə arxayın olana xəyanət və sənə e’timad edənə hiylə gəlmək necə də pisdir. Qardaşından qırılmaq (uzaqlaşmaq) istəyəndə (geriyə dönməyə) yer qoy ki, əgər bir gün həqiqət aşkar olsa, (dostluğa) geri dönmək mümkün olsun. Sənə olan xoş gümanı (əməl ilə) təsdiq et. Qardaşının haqqını ona olan dostluğa görə zay etmə. Haqqını zay edəcəyin kəs sənə dost deyil. Məbada, əhlin sənin yanında ən bədbəxt adamlar olsunlar».1

Vəsiyyətnamənin bu hissəsində Əmirəl-mö’minin Əli (ə) ictimai əxlaq və ünsiyyət qaydaları mövzusunda danışır. Əvvəllər qeyd olunduğu kimi, Həzrət (ə) öz tövsiyyələrini ali əxlaqi xüsusiyyətlərə malik olan imam Həsənə (ə) ünvanlamışdır. Əslində Həzrət (ə) ictimai həyatda müvəffəq olmaq istəyən bütün insanlara müraciət edir. Onun buyuruğu insani dəyərlərə əməl etmək istəyən bütün insanlara aiddir. Ona görə də deyilmiş sözlər təkcə mö’minlərə və Allaha e’tiqadı olanlara ünvanlanmır. Buyuruqların faydası daha geniş kütlələr üçün nəzərdə tutulur. İstənilən bir şəxs bu tövsiyyələrdən istifadə edərək onun faydalarını əldə edə bilər. İstər imanlı, istərsə də imansız şəxs bu tövsiyyələrə əməl etməklə bir çox faydalara çata bilər. Əlbəttə ki, bu nəsihətlərə Allaha yaxınlaşmaq məqsədi ilə əməl edən imanlı insanlar bütün həyatlarına ibadət rəngi vermiş olurlar. Onlar ali məqsədə doğru irəliləyir və hər bir əməlləri ilə Allaha yaxınlaşmaq istəyirlər. İmandan məhrum insanlar isə bu tövsiyyələrdən yalnız dünya həyatında faydalana bilərlər. Onlar imanlı insanlar kimi böyük nəticələr əldə edə bilməsələr də, ideal dünya həyatına müvəffəq olurlar. Bir sözlə, söhbətin mövzusu, ünsiyyət qaydaları, ictimai yaşayış ayinləri və başqaları ilə davranış tərzidir.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin