İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə8/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   127

Faydalı ünsiyyət ölçüsü


Aydın oldu ki, yalnız e’tidalı, orta həddi gözləməklə səadətə çatmaq olmaz. Sübut üçün qeyd etmək kifayətdir ki, yanlış yol tutmuş insan orta həddi gözləməklə həqiqi məqsədə çata bilməz. Yalnız hədəf düzgün seçildiyi vaxt e’tidal səmərə verir. Həyat yolunu düzgün seçmiş insan orta həddi gözlədikdə müvəffəq olur Əks təqdirdə, xoşbəxtlikdən danışmağa dəyməz.

Doğru məqsədə tərəf hərəkət üslübu, yə’ni həmin e’tadal müəyyənləşdikdən sonra həyat məqsədini araşdırmaq vaxtı çatır.

İnsan və onun həyat məqsədinə münasibətdə ən azı iki baxış üzərində dayanmaq lazım gəlir. Birinci baxışa görə, insan çeşidli işlərin məcmusu, çoxməqsədli bir varlıqdır. Onun müxtəlif yönümləri var. O, yeməli, geyməli, ailə-övlad ilə ünsiyyətdə olmalı, oxumalı, qazanmalı, dincəlməlidir. Guya bu işlərin hər biri insan üçün məqsəd sayılmalıdır. Belə çıxır ki, insan bir yox, bir neçə mövcuddur və ya bir neçə mövcudun sintezidir. Hər halda, sadalanan işlər fərqlidir və bu işlərin hər birində orta hədd gözlənilməlidir.

Digər bir baxışa görə, insan vahid bir məqsəd üçün yaradılmış varlıqdır və yuxarıda sadalananlar həmin məqsədə çatmaq üçün bir vasitədir. İnsanın eyni vaxtda bir neçə məqsədə doğru hərəkəti məqbul sayılmır.

Bu iki baxışı daha yaxşı başa düşmək üçün nəzərinizdə çoxsimli bir məftil canlandırın. Məftildəki ayrı-ayrı simlərin biri elektrik lampasını, digəri ventilyatoru, bir digəri isə ütünü enerji ilə tə’min edir. Məftilə baxan insan düşünə bilər ki, bu məftil bir iş görür. Əslində isə o eyni zamanda bir neçə işlədicini qidalandırır. Doğrudanmı, insan da bu məftil kimi çoxməqsədlidir? Yoxsa onun bütün meylləri eyni bir məqsədə xidmət edir?

Ayə və rəvayətlərə əsasən, insan cisim qəlibinə üfürülmüş ruhdur. Bu cisim ruhun tərəqqisi, onun müəyyən edilmiş hədəfə çatıb, maddi və mə’nəvi ne’mətlərdən qidalanması üçün bir vasitədir.

Bəs bu hədəf nədir və haradadır? Həmin həddə çatanadək onun mahiyyətini bilmək olmur. Çünki o görünmədən bilinən məfhum deyil. Uyğun hədəfə çatmadan hətta ona ad da qoymaq mümkün olmur. Sadəcə, bilirik ki, həmin yer Allaha yaxındır və onu şərti olaraq, “qürbe-ilahi”, yə’ni “Allahın yaxınlığı” adlandırırıq. Hədəf qürbe-ilahidirsə, söhbətimiz əbədi həyatı həqiqi sayan İslam baxışı əsasında davam edəcək, İslam mətnlərində “Allahın yaxınlığı” adlı bir ünvandan danışılır. Allah-təala Fir’onun arvadı Asyanın duasını belə nəql edir: “Ey Rəbbim! Behiştdə öz yanında mənim üçün bir ev tik...”1 Digər ayələrdə də oxşar ifadələr vardır: “(Müttəqilər) “Qadir hakim hüzurunda olacaqlar.”2; “Onlar öz Rəbbinin yanında diri olub ruzi yeyirlər.”3; “Onları öz Rəbbinin yanında əmin-amanlıq yurdu gözləyir.”4 “Allahın hüzurunda”, “Rəbbinin yanında” tə’birləri irfani tə’birlərdir. Bu tə’birlərdə işarə də vardır. Ali bir məqsədi başqa hansı tə’birlə çatdırmaq olar? Yuxarıdakı ifadələr bizim dərk edə bilmədiyimiz ilahi məqama işarədir. Yalnız həmin məqama çatdıqdan sonra bu məfhumu dərk edəsiyik, inşaallah!

Sonsuz ilahi ne’mətlərdən istifadə edən insan uyğun müqəddəs hədəfə üz tutmalı, hərəkətini həmin məqsədə doğru istiqamətləndirməlidir. İnsan öz daxilindəki meyllərdən düzgün istifadə edərək, onu məqsədə yaxınlaşdıran əməlləri müəyyənləşdirməlidir.

Düzgün üsulun seçimində me’yar həmin üsulun tə’sir dərəcəsidir. Təkcə e’tidal – orta yol me’yarı kifayət etmir. Biz ne’mətlərə, meyllərə münasibətdə e’tidal həddini bilmirik. Əgər orta həddin hansı hədd olduğunu dəqiq bilsəydik, onu əsas götürə bilərdik.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin