İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ


NƏ VAXT BAĞIŞLAMALI, NƏ VAXT İNTİQAM ALMALI?



Yüklə 3,86 Mb.
səhifə86/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   127

NƏ VAXT BAĞIŞLAMALI, NƏ VAXT İNTİQAM ALMALI?


Bura qədər deyilənlər ünsiyyət və dostluq rabitələrinin qorunmasına aid idi. İndi isə dostluq əlaqələrinin zəiflədiyi məqamda insani və islami vəzifələrimizə nəzər salaq.

Bə’zən elə bir şərait yaranır ki, insan öz dostundan vəfasızlıq, hətta zülm görür. Bəs bu halda nə etmək lazımdır? Bizim insani və islami vəzifəmiz nədir?

Təbii ki, insan öz haqqının tapdanmasına münasibətdə həssasdır. Belə bir ruhiyyənin öz-özlüyündə nəinki eybi yoxdur, hətta bu ruhiyyə faydalıdır. İnsan ona edilən zülmə e’tinasız olsa, kimsə ona zülm etməkdən çəkinməz, nəticədə bu insan dünyəvi və üxrəvi işlərində uğursuzluğa düçar olar. Şübhəsiz ki, insan zülmü qəbul etməməlidir. Amma dostluq aləmində zülmün qəbul edilib-edilməməsi fərqli məqamlara malikdir. Əgər tanımadığınız bir şəxs sizə zülm edirsə, bu zülmün cavabı verilməlidir. Amma sizə zülm edən dostunuzdursa, onun cavabı başqadır. Dostunuz sizə zülm edərkən ona cavab verməyə tələsməməlisiniz. Olsun ki, bə’zən dostun zülmü qarşısında səbr etmək yaxşılıqla nəticələnər. Ona görə də belə bir tövsiyyə verilmişdir.

İctimai əxlaqda mövcud olan məsələlərdən biri bə’zən dostluqda da müşahidə olunan zülmə cavab verilməsidir. Görən dostun zülmünə eyni şəkildə cavab vermək olarmı? Onu sıxıntıya salmaq, ondan intiqam almaq lazımdırmı? Yoxsa dostun zülmünə göz yumub, bu zülmə biganə yanaşmalıyıq? Müqəddəs dinimizin göstərişlərində hər iki rəftara yer verilmişdir. Lakin hər rəftar üçün xüsusi şərait nəzərdə tutulur. Dostluq münasibətlərində əfv etmək, bağışlamaq tövsiyyə olunmuşdur: «Onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər».1 Əgər Allahın sizi bağışlanmasını istəyirsinizsə, özünüz də bağışlamağı bacarmalısınız. Özünüz bağışlanma ümidində olduğunuz kimi, başqalarının da bağışlanma ümidini puça çıxarmayın. Zikr olunmuş ayə əfv və bağışlanmanın əhəmiyyətini aydın şəkildə bəyan edir. Amma elə məqamlar vardır ki, qarşı tərəfə eyni şəkildə cavab verilməsi və intiqam alınması tövsiyyə olunur. Belə bir tövsiyyədə, xüsusi ilə, din düşmənlərinə münasibət nəzərdə tutulur. Hər halda, araşdırılmalıdır ki, nə zaman bağışlamaq və nə zaman intiqam almaq lazımdır? İntiqam alınması üçün bir şəxsin zülm etməsi kifayətdirmi? Yoxsa zülm edənə xəbərdarlıq və eyni şəkildə cavab lazımsızdır? Ayə və rəvayətlərin araşdırılmasından belə bir nəticə əldə olunur ki, hüquqi baxımdan, bir şəxs zülm etmişsə, qarşı tərəf ona cavab vermək haqqına malikdir. Amma bu hüquqi bir tapşırıqdır. Əxlaqi məsələlərdə isə belə bir göstəriş yoxdur. Əxlaqi baxımdan müəyyən nöqtələr nəzərə alınmaqla başqa bir vəzifə bəyan olunur.

Bə’zən zülmə göz yummaq lazım gəlir. Bə’zən isə uyğun münasibət qarşı tərəfin öz zülmünü artırmasına səbəb olur. Yə’ni elə adamlar var ki, onlara lazımınca cavab verilməsə, o daha da cür’ətlənir və zülmünü artırır. Belə məqamlarda nəhy əz münkər, tərbiyələndirmə məqsədi ilə qarşı tərəfə cavab verilməlidir. Bəli, siz öz haqqınızı bağışlaya bilərsiniz. Amma unutmayın ki, bu münasibət bir o qədər də yaxşı deyil. Çünki bə’ziləri məhz bağışlandıqlarını görüb, günahı təkrarlayır. Belələrinə qəti cavab verilməlidir ki, bir daha öz pis işlərini təkrarlamasınlar. Özünüz isə başqaları ilə münasibətdə zülmə yol verməyin.

Digər bir tərəfdən unutmamalıyıq ki, bir hüquq pozulduqda Allah-təalanın qanunu pozulur. Yə’ni günahkar şəxs əslində özünə zülm etmiş olur. Ona görə də insanın günaha yol verməsi ilə razılaşmamalıyıq. İslam əxlaqı tələb edir ki, başqalarının günaha yol verməsindən narahat olaq. Belə insanlarla lazımınca rəftar edilməsə, yalnız zülm olunan şəxs yox, eləcə də zülm edən şəxs zərər çəkir. Günahın qarşısını almaq üçün elə rəftar edilməlidir ki, günahkar tənbeh olunsun. Belə hallarda qisas və intiqam bağışlamaqdan yaxşıdır. Çünki bə’zilərinin günahına göz yumduqda onlar daha da cür’ətlənirlər. Amma ilk addımda belələrinə cavab verildikdə onlar tənbeh olunur, günahdan əl çəkirlər. Günahkarın cəzalandığını görən ətrafdakılar da ibrət götürür və başqalarının hüquqlarını pozmaqdan çəkinirlər.

Elə adamlar da var ki, onlara sərt cavab verildikdə daha da inadkarlıq göstərir, pis işlərini gücləndirirlər. Belə adamlara münasibətdə bağışlamaq və göz yummaq daha yaxşıdır. Əgər sərt cavab insanı islah etmirsə, yaxşı olar ki, onun pisliyini artırmayaq. Demək, bə’zi hallarda insan öz haqqını qorumaqla fəsadın qarşısını almalıdır. Olsun ki, haqqın tələbi həmin şəxsin islahına səbəb ola. Eləcə də, bə’zi hallarda bağışlamaq qarşı tərəfin islahına səbəb olur. Bə’zən isə insan məhz bağışlanmadığına görə pis işdən əl çəkir.

Qur’ani-kərimdə hər iki rəftar qeyd olunmuşdur. Bə’zən başqalarının pisliyinə yaxşılıqla cavab vermək tapşırılır: “Sən pisliyi yaxşılıqla aradan qaldır. Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən”.1 Doğrudan da bə’zən qarşı tərəfin pisliyinə yaxşılıqla cavab verdikdə həmin şəxs dosta çevrilir. Sizə olunmuş zülmə göz yumub, ona xeyirxahlıqla cavab verdikdə bə’zən həmin şəxs islah olur və cəmiyyət bundan faydalanır. Məsələn, qarşı tərəfə deyilir ki, yəqin ki, siz belə bir rəftar etməyə məcbur olmusunuz. Bəhanə gətirirsiniz ki, dostunuz bilərəkdən səhv etməmişdir və bir təsadüfdür. Bəli, bə’zən qarşı tərəfi xoş rəftarla islah etmək olur. Belə hallarda bağışlamaq çox yaxşıdır.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin