İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə87/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   127

İNSANIN ÖZÜNƏ ZÜLMÜ


Şübhəsiz ki, bağışlamaq intiqam almaqdan üstündür. Dostluqda bundan da ağır vəzifələr mövcuddur. Dostun zülmü başqalarının zülmündən daha acıdır. Ona görə də deyirlər ki, dostun qaşqabağı dostun silləsindən acıdır. Bütün bunları nəzərə alsaq, dostluq pisliyinə necə cavab verməliyik ki, həm özümüz qane olaq, həm də dostluq qorunsun. Bu barədə Həzrət (ə) buyurur: «O, bu zülmü ilə öz zərərinə və sənin xeyirinə çalışır». Doğrudan da, sənə zülm edən şəxs özünə daha çox zərər vurur, yoxsa sənə? Həmin şəxs öz əməli ilə günaha batır və bu günah Allaha acıq gedir, həmin şəxs ilahi qəzəbə düçar olur. Onun əməlinin bir çox mənfi nəticələri vardır. Allah-təala kimsənin kimsəyə zülmünü bağışlamır. Zülmün həm bu dünyada, həm də axirət dünyasında cəzası vardır. Əslində sizə qismən zülm etmiş şəxs özünə daha böyük zərər vurmuşdur. Onun sizə vurduğu zərəri bir müddət sonra unudacaqsınız. Hansı ki, onun günahının cəzası dünya və axirətdə özünü göstərəcək. Nə qədər ki, siz onu bağışlamamısınız, Allah-təala ondan razı qalası deyil. Demək, bu şəxs sizdən daha çox özünə zərər vurur. Digər bir tərəfdən siz onu bağışlamaqla böyük savab əldə edə bilərsiniz. Demək, həmin şəxs öz zülmü ilə sizə savab qazanmaq şəraiti yaratmışdır. Əgər məsələlərə bu prizmadan yanaşsanız, həmin şəxsi bağışlamaq asan olar. Uzun müddət keçdikdən sonra həmin şəxsi bağışlamamaqla siz də xətaya yol verərsiniz. Qarşı tərəfin halına acıyın, onun cəzalarını gözünüz qarşısına gətirin. Onu bağışlayın ki, bağışlamaq savabından məhrum olmayasınız.

Deyilənlərdən belə bir qənaətə gəlməliyik ki, insan zülmə təslim olmalıdır. İctimai zülmü rahatlıqla bağışlamaq olmaz. İnsan zülmə, xüsusi ilə, dinə qarşı düşmənçiliklərə sərt cavab verməklə cəmiyyətin islahına çalışmalıdır. Amma şəxsi məsələlərdə, məsələn, sizin özünüzə zülm olunduqda, bağışlamaq daha yaxşıdır. Özünüzdə bağışlamaq ruhiyyəsi yaratmaq üçün qarşı tərəfin özünə daha çox zülm etdiyini unutmayın və savab qazmanmaq imkanını əldən verməyin. Həzrət (ə) buyurur: «Zalımın zülmünü gözündə böyütmə». Özünə təlqin etmə ki, sənə böyük zülm olunmuşdur. Əksinə, qarşı tərəfin zülmünü gözündə kiçildəcək üsullara əl at. Bəs bu zülmü kiçik görmək üçün nə etməliyik? Həzrət (ə) buyurur: «Çünki o bu zülmü ilə öz zərərinə və sənin xeyirinə çalışır». Əgər bütün bunları unutmasanız, başqalarını asanlıqla bağışlaya bilərsiniz. Məbada, qarşı tərəfin zülmünü gözünüzdə böyüdəsiniz. Bu halda aranızdakı düşmənçilik daha da dərinləşə bilər.

Vəsiyyətnamənin bu hissəsində Həzrət (ə) digər bir əxlaqi və ictimai tövsiyyəsini bəyan edir: «Səni şad edən kəsin mükafatı ona pislik etmək deyil». Bizə xidmət edənlərə münasib mükafat verməliyik. Məbada, dostların xidmətini nəzərdən qaçıraq və onlarla pis rəftar edək.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin