İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə89/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   127

İLAHİ QƏZAVÜ-QƏDƏR


Dinimizin qəti bildirişlərindən biri Allah-təalanın hər bir mövcud üçün ruzi müəyyənləşdirməsidir: «Yer üzərində elə bir canlı yoxdur ki, Allah-təala onun ruzisini verməmiş olsun».1 Əslində bu e’tiqadi nöqtə ilahi hikmətin birbaşa əsərlərindəndir. Allahın hikməti tələb edir ki, xəlq olunmuş mövcudun həyat şəraiti tə’min olunsun. Əgər Allah-təala hansısa bir möcudu yaradıb, onun həyat şəraitini tə’min etməsəydi, həmin mövcudun yaradılması yersiz olardı. Bu isə ilahi hikmətlə, tədbirlə uyuşmur. İlahi hikmətə əsasən, yaradılmış mövcudun ehtiyacları da tə’min olunmalıdır. Allah-təala ən xəlvət guşələrdə xəlq etdiyi mövcudların da həyat şəraitini tə’min etmişdir. Eləcə də, yer üzünün ən ucqar nöqtələrində yaşayan insanların həmin əraziyə uyğun bitki örtüyü, heyvanları, yeraltı və yerüstü sərvətləri mövcuddur. Əgər soyuq şimalda da insanlar yaşayırsa, demək, onların da həyat şəraiti tə’min olunmuşdur. Xəlq olunmuş hər bir canlının həyat şəraiti əvvəlcədən nəzərdə tutulur. Bu məsələyə e’tiqad ilahi hikmətə e’tiqadın şərtidir.

Allah-təala istər insan, istər heyvan, bütün mövcudların ruzisini müəyyənləşdirmişdir. Allah-təala yer üzünü elə xəlq etmişdir ki, müxtəlif canlılar həyatını davam etdirə bilsin. Hər bir yaranmış üçün xüsusi ruzi, xüsusi həyat şəraiti yaradılmışdır. Bütün bunlar ilahi hikmətin tələbləridir. Yə’ni hər bir canlının özünəməxsus ruzisi mövcuddur. Sual oluna bilər ki, əgər Allah-təala hamının ruzisini müəyyənləşdirmişdirsə, ruzi üçün çalışmaq nəyə lazımdır? Müəyyənləşmiş ruzidən ötrü çalışmaq nə üçündür? Əsas sual isə budur ki, Allahın qəzavü-qədəri insanın ixtiyarı ilə zidd deyilmi?

Ümumi şəkildə belə cavab vermək olar ki, insanın ixtiyarı da ilahi təqdir vasitələrindəndir. Allah-təala belə müəyyənləşdirmişdir ki, hər kəs xüsusi bir yolla çalışaraq müəyyən edilmiş ruzini əldə etsin. Əcəl çatana qədər müəyyən olmuş ruzi sahibinə çatasıdır. Demək, ilahi təqdir nəinki insanın çalışması ilə zidd deyil, hətta bu müqəddərat onun təlaşı ilə gerçəkləşir. Əslində təqdir odur ki, məhz müəyyən bir yolla ruzi əldə edilsin. Deyilənlər bütün hallara tətbiq ediləsi ümumi bir cavabdır.

Allah-təalanın qəzavü-qədərinin digər bir nümunəsi bizim əməllərimizdir. Əgər bir şəxs avtomobil qəzasına düşüb, bədən üzvünü itirirsə, həlak olursa, deyə bilərikmi ki, bu qəzavü-qədərdir və həmin şəxs müqəssir deyil? Bəli, belə bir sonluq əvvəlcədən müəyyən olunmuşdur. Amma o sizin vasitənizlə həyata keçir. İnsan, məsələn, yol qaydalarını pozaraq, belə bir hadisəyə düçar olur. Bu hadisə hökmən kiminsə ehtiyacsızlığı üzündən baş verir. Demək, bu hadisədə həm qəzavü-qədər var, həm də sizin ixtiyarınız. Demək, insanın ixtiyarı ilə qəzavü-qədər arasında ziddiyyət yoxdur. İnsanların seçimi və təlaşı qəzavü-qədərin tərkib hissəsidir. Beləcə, ruzi də müəyyən olunmuşdur və rəvayətlər bu məsələni israr edir.

Müqəddəratlardan biri də əcəl, həyatın sona çatmasıdır. Hər bir insan üçün müəyyən müddət dünya həyatı nəzərdə tutulmuşdur. Müqəddəratlardan biri də səhhət və xəstəlikdir. Rəvayətlərdə bu mövzuda da geniş şəkildə danışılmışdır. Nümunə olaraq, Həzrət İbrahimin (ə) Nəmruda cavabını xatırlayaq. Nəmrud soruşur ki, sənin Allahın kimdir? Həzrət İbrahim (ə) cavabında buyurur: «Məni yedirən də, içirən də Odur; xəstələndiyim zaman mənə yalnız O şəfa verir; məni öldürəcək və sonra dirildəcək də odur».1 Bəli, həyat da, ölüm də, xəstəlik də, şəfa da, ruzi də Onun əlindədir. Bu məsələlər rəvayətlərdə geniş şəkildə zikr olunmuşdur. Amma diqqətli olmalıyıq ki, bu müqəddəratların sadalanması insanın azad olmamasının göstəricisi deyil. Mövzuya giriş üçün deyilənlər kafidir. Əvvəldə zikr olunmuş məsələləri dərindən öyrənmək üçün uyğun mövzuda ədəbiyyatlara, Qur’anın təfsirinə müraciət edə bilərsiniz. Qəzavü-qədər məsələsinin incəlikləri bir çox ədəbiyyatlarda geniş şəkildə izah olunmuşdur.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin