QEYRİ-İLAHİ YAŞAYIŞIN AQİBƏTİ
Təkcə şər’i hökmlərə riayət edilməsi, halal ruzi qazanılması, haram işlərdən çəkinilməsi ali məqama çatmaq üçün kifayət etmir. Bütün bu əməllərin bünövrəsi dünya və axirətə ilahi baxışdan ibarətdir. Yalnız dini göstərişlərə əməl etmək ona bənzəyir ki, əlindəki çox qiymətli gövhəri verib, bir boşqab dadlı xörək alasan. Hansı ki, həmin gövhər ilə dəyərli bir imarət, səfalı bir bağ əldə etmək olardı. Uyğun alış-verişi ağıllı hesab edirsinizmi? Şübhəsiz ki, ağıllı insanlar belə bir alış-verişi məzəmmət edərdilər. Hər hansı xörək nə qədər dadlı olsa da, gözəl bir qəsri və ya səfalı bir bağı əvəz edə bilməz.
Bizim dünyadakı əməllərimiz həmin bu məsəlin oxşarıdır. Biz dünya həyatımızın müqabilində əbədi axirətdə misilsiz bir qəsr ala bilərik. Hansı ki, günahdan qaçmaqla axirət əzabından qurtulmaq istəyirik. Beləcə, dünya həyatımız axirət həyatımız üçün faydasız olur. Yeganə qazancımız budur ki, axirət əzabından canımızı qurtaraq. Hansı ki, əldə edilməsi mümkün olan bir çox ne’mətlərdən məhrum oluruq. Aydındır ki, yalnız zərərdən yaxa qurtarılması ağıllı iş deyil. İnsan xeyir tapa biləcəyi yerdə təkcə zərərdən qaçmaqla kifayətlənirsə, bu çox ağılsız bir hərəkətdir. Yalnız şər’i göstərişlərə əməl etməklə kifayətlənənlər əzabdan qurtulmaqdan savay bir xeyir gözləməsinlər. Belələri, şübhəsiz ki, böyük ne’mətlərdən məhrum olurlar.
Gerçək fayda odur ki, insan bütün həyatı boyu, bütün işlərində Allahın razılığını gözləsin. Çünki bütün şeylər fani olur, əbədi qalan isə axirət və ilahi razılıqdır. Hətta digər halal işlər də puç olub gedir. «Sizdə olan tükənər, Allah dərgahında olan isə əbədidir».1 Digər bir ayədə buyurulur: «Var-dövlət, oğul-uşaq bu dünyanın bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid e’tibarı ilə daha xeyirlidir».2 Bəli, dünya həyatı başa çatdıqda bir çox ne’mətlər əldən çıxıb fəna olur. Qur’ani-kərimdə oxuyuruq: «Onlar üçün dünya həyatını misal çək. Bu həyat göydən endirilmiş su kimidir. Onunla yer üzündə otlar bitir və quruyub, küləklər vasitəsi ilə pərakəndə olur».1 Söhbətimizin bu yerində Qur’ani-kərimdə xatırladılmış Qarunun əhvalatını yada salsaq, münasib olar.
Dostları ilə paylaş: |