FİRQƏ VƏ FİRQƏBAZLIQ
İnsan cəmiyyəti heç yerdə və heç zaman firqə və firqəbazlıqdan, qrup və qrupbazlıqdan azad olmamışdır. Hər zamanda və hər məkanda bir firqə insanların və ya təbəqələrin fikirləri üzərində hökmranlıq edirdi, bir qrupu bilərəkdən və ya bilməyərəkdən öz ardınca çəkib aparırdı və bu təbii, ictimai ən`ənə bütün tarix boyunca da davam edəcəkdir.
Amma bilmək lazımdır ki, hər bir firqənin dəyəri və əzəməti onun məqsədi ilə bağlıdır, müvəffəqiyyəti və qələbəsi də “hər bir firqə və qrup öz tapdığı-toxuduğu proqramı ilə öyünsə də, öz qrupbazlığından şad və məğrur olsa da, “bütün firqələr öz dininə sevinər”,2 bir neçə gün ərzində qüdrət və əzəmət tapsa da, dəniz suyunun köpüyü kimi üstdə olsa da çox çəkməz ki, unudular, ondan bir əsər-əlamət, yadigar qalmaz. Belə bir firqənin fikri bünövrəsi (mərkəzi) hörmçək yuvası kimidir:
“Həqiqətən evlərin ən zəifi hörümçək yuvasıdır.”3
Dostları ilə paylaş: |