İmam hüseyn (Ə)-in əxlaqi GÖRÜŞLƏRİ MÜƏLLİF: ƏHMƏd sabiRİ HƏMƏdani



Yüklə 0,94 Mb.
səhifə29/41
tarix10.01.2022
ölçüsü0,94 Mb.
#109177
1   ...   25   26   27   28   29   30   31   32   ...   41
BÖYÜK ŞEYTANIN TORLARI
Şeytan firqəsinin rəsmi əsasnaməsində insanları haqq yoldan azdırmaq, onları firqə tərəfinə çəkmək üçün torlar və nəqşələr (planlar) vardır ki, nəzərdə tutulan fərdlərin əhval-ruhiyyəsinə və istəklərinə diqqət yetirməklə hazırlanmış və yayılmışdır.

Ancaq siyasi və ümumi xarakter daşıyan şey-iqtisadi yoxsulluq məsələsidir ki, bu, şeytan firqəsinin əlində bir silahdır və onun vasitəsilə insanların çoxunu, hətta cəmiyyətləri ovlamışdır.

Yoxsulluqdan, dilənçilikdən qorxu və ondan qaçmaq hissi hər kəsin fitrətində vardır; Həyatını tə`min etmək, iqtisadi bünövrəni möhkəmləndirmək və başqalarına möhtac olmamaq hər şəxsin və hər cəmiyyətin qüvvətli və təbii istəkləridir. Yeni doğulmuş körpə də hər təbii istəkdən qabaq bu qüvvə zühur edir və onu anasının sinəsinə doğru cəzb eləyir. Məhz həmin qüdrətli və tez yaranan qüvvədən şeytan firqəsi istifadə edir və öz işini yerinə yetirir.

Böyük şeytan və ya onun fərmanlarını icra edənlər əvvəlcə insanları yoxsulluq və ehtiyacla qorxudurlar, ona mal və sərvət və`d edirlər və bu zaman öz istəklərini, öz firqələrinin doğru yoldan azdırıcı və sapdırıcı proqramlarını ona sarıyır və firqəsinin üzvünə çevirir.

“Şeytan sizi fəqr ilə, ehtiyacla qorxudur və alçaq işlərə sövq edir.”1


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin