HİMAYƏ ADI İLƏ SÜLHPƏRVƏRLİK, YAXUD XƏYANƏT
Şeytan firqəsinin bol-bol bəhrələnmiş olduğu və indi də bəhrələndiyi aldadıcı proqramlardan və sözlərdən biri, dünyada sülh bərqərar edilməsi və sazişçilik arzusu olmuşdur.
Bəli, cəmiyyətin müxtəlif təbəqələri və tayfalarının bir-birini başa düşəcəyi, sazişə gələcəyi, bir-birinin hüququna təcavüz etməyəcəyi günü bütün dünyada bayram eləmək, insanların öz arzularına çatdığı o günü “insaniyyət günü” adlandırmaq lazımdır.
Lakin bu müqəddəs arzu maskası altında, eşq və azadlıq sözləri kimi, nə ağır xəyanətlər və nə ağır cinayətlər edilmiş, indi də edilməkdədir və nə fasadlar, nə əxlaqsızlar törədilməmişdir?
Qur`an şeytanın bu rəftarı və metodu barədə buyurmuşdur.
“Onlara: “yer üzündə fəsad törətməyin” deyilən zaman, “biz islah etmək, yer üzündə sülh yaratmaq istəyirik”, deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədənlərdir, lakin bunu dərk etmirlər.”1
Xülasə, işlədilən gözəl istilahlara və kəlmələrə diqqət etmək, bu məzlum sözləri işlədənlərin hərəkətinə baxmaq lazımdır. Hətta tamamilə islami xarakter daşıyan inqilablara da şeytan firqəsinin tərəfdarları və mənfəət güdənləri müxtəlif şəkillərdə nüfuz edir və öz məqsədlərini yerinə yetirirlər. Əgər möhkəm nəzarət edilməsə və bu işlərdə məs`uliyyət daşıyanlar layiqincə diqqət yetirməsələr, bizim əziz İslami inqilabımızın şəhidlərinin müqəddəs qanları mənfəət axtaran tacirlərin malına və sərvətinə çevriləcək və səhv yolla gedənlərin əlində bir vasitə olacaqdır və hər şeyə inanan o müsafirin taleyi başımıza gələcəkdir. O dastan belədir: İran padşahı Kuruşun söz-söhbəti ölümündən sonra sağ olduğu vaxtdan daha artıq zülmkarların və onların muzdurlarının xəbərçiləri tərəfindən xalqa çatdırıldığı günlərdə böyük şəhərlərin birinin yolu üstündə bir kababxana açıldı, üzərinə “Kuruşun kababxanası” yazılmış böyük və gözəl bir lövhə qapısının başından asıldı, kababxana işləməyə başladı. Lakin heç kəs ikinci dəfə bu kababxanada yemək yemədi, o böyük lövhənin altından keçmədi, çünki orada bir dəfə kabab yemək ömrünün axırına qədər kifayət idi.
Zaman keçdi, Allahın rəhmət nəsimi əsməyə başladı, ölkədə bir abid, zahid və filosofun əli ilə, tarixin gələcəkdə şərh edəcəyi bütün çətinliklərə baxmayaraq, bir inqilab oldu, lövhələr, şüarlar, o cümlədən müsafirlər arasında məşhur olan “Kuruşun kababxanası” lövhəsi də əvəz olundu. Birdən ağ bir parçanın üzərinə gözəl bir söz yazıldı, keçmiş lövhənin yerinə “İslamın müqəddəs kababxanası” yazılmış lövhə vuruldu.
Yoldan keçənlər bu mənzərəni görüb şad oldular. O cümlədən, bir dəfə bu yerdə tora düşmüş bir kişi hamıdan çox sevindi və keçmiş nigarançılığını yox etmək üçün salona daxil oldu, yemək istədi, kabab hazır oldu. Yeməkdən əvvəl şükr elədi. Amma ət həmin ət, şiş həmin şiş, xidmətçi həmin xidmətçi idi, çəngəl-qaşıq da dəyişməmişdi. Ancaq qiymət lövhənin gözəlliyi və “müqəddəs” kəlməsinin ehtiramı xatirinə çox dəyişmiş və daha baha olmuşdu. Nə vardı, yedi, bu dəfə iki gün ishala mübtəla oldu.
Yüzlərlə belə hadisələr var. Əgər dövlət bu xeyirgüdənlərin qarşısını almasa, onlarla İslama zidd, kafir bəs`çilərin ordusu ilə etdiyi kimi vuruşmasa, şeytan firqəsinin tərəfdarları öz arzusuna çatacaqlar, “müqəddəs” kəlmələrin abrı aradan gedəcəkdir və şeytan övliyaları özlərini yaxşılar sırasında gizlədəcəklər.
Şeytan firqəsinin əsasnaməsinin bir hissəsi belədir. Lakin bütün rəngarəngliyinə baxmayaraq, axırda rüsvayçılq və məğlubiyyət onların və başqa riyakarların nəsibi olacaqdır. Buna görə bu tor və tələlərdən qorxmaq lazım deyildir; nə olsa da, onların fikri süst və zəifdir.
“Şeytanın dəstəsi şübhəsiz həmişə zəif və qeyri-möhkəm olmuş və olacaqdır.”2
Dostları ilə paylaş: |