DƏRHAL QƏRAR QƏBUL ETMƏK
Mədinənin hakimi Müaviyənin məktubunu alandan sonra nəzərdə tutduğu qızın atası Abdullah ibni Cə`fərin evinə yola düşdü. Bəlkə də belə təsəvvür edirdi ki, Bəni Haşim qəbiləsi bu fürsəti tam razılıqla qarşılayacaq və ona xeyir-dua verəcək, başqa dünyapərəstlər kimi sevincə və şadlığa qərq olacaqlar və onun bu xidmətini unutmayacaqlar. Nə isə, məclis quruldu, Müaviyənin şeytan firqəsinin nümayəndəsi bu firqənin üzvlərinin əksəriyyəti üçün mühüm və fövqəl-adə görünən bu təklifini bildirdi, bəlağətli bir xütbə oxudu, həmçinin Peyğəmbər xanədanının nəslini çox tə`riflədi, mehriyyəni və qızın atasının bütün borclarının ödəniləcəyini bildirdi, Yezid ibni Müaviyənin siyasi və ailəvi mövqeyini, iki düşmən-Bəni Haşim və Bəni Üməyyə arasında bağlanacaq barışıq və sazişin bütün şərtlərdən üstün olduğunu bəyan edəndən sonra müsbət cavab eşitmək ümidi ilə oturdu.
Bütün məclisi tam bir sükut bürüdü, heç kəs nəfəs belə çəkmədi. Sadəlövh və təcrübəsiz adamlar şadlıqdan öz dərilərinə sığışmırdı. Bə`ziləri öz ürəyində deyirdi: Nə yaxşı məqamdır, nə qızıl kimi fürsətdir! Bundan atəşkəs və düşmənçiliyə son qoymaq yolunda istifadə etmək lazımdır.
Lakin düşmənin sirli işlərindən, hiyləli planlarından xəbərdar olan, inqilabın böyük, mə`sum rəhbəri, şəhidlərin sərvəri İmam Hüseyn (əleyhissalam) sakit, aram oturmuş və məclisə tamaşa edirdi, bir kəlmə də danışmırdı, təkcə başqalarının fikrini bilmək, onların inqilabi ruhiyyəsini öyrənmək, Allah firqəsini də sınamaq və onların e`tiqadını qiymətləndirmək istəyirdi. Ancaq çox çəkmədi ki, vəziyyət dəyişdi, ümidlər yasa döndü. Müaviyənin şeytani planı faş və özü bir daha rüsvay oldu.
Qızın atası Abdullah ibni Cə`fər Mədinənin hakimi Mərvanın cavabını və qızının ixtiyarını qızın böyük dayısı, o zaman Bəni Haşimin böyüyü və uca məqamlı rəhbəri olan İmam Hüseynin öhdəsinə buraxdı. Hicri 61-ci il Kərbəla Aşurasının qəhrəmanlığının və qanlı inqilabının bünövrəsini qoymuş əziz Hüseyn özü kimi gözəl bir xütbə oxudu, məclis iştirakçılarının gözlədiyinin əksinə olaraq danışdı və siyasətbazların siyasətinin üzərindən pərdəni götürdü, Allah firqəsinin və şeytan firqəsinin hər birinin fikri istiqamətini müəyyənləşdirdi, qartalın kiminsə toruna düşməyəcəyini söylədi, Zeynəbi-Kubranın qızının izdivacı ilə əlaqədar Mərvanın üç şərti barədə belə dedi:
“Biz-Peyğəmbər və risalət xanədanı öz qızlarımızın mehriyəsini anamız Zəhra (əleyha salam)-ın mehriyyəsindən əsla çox müəyyənləşdirmirik; bir də ki, heç vaxt belə olmamışdır ki, Bəni Haşim (xanədanı) kişilərin borclarını qadınların hesabına (onların vasitəsilə) ödəsinlər.
(Bu ona işarədir ki, Bəni Üməyyə (xanədanı) öz həyatlarını qadınlarının vasitəsilə tə`min edirdilər, kişilərin borclarını da bu yolla ödəyirdilər.)
Amma bu iş Yezidin şəxsiyyətini, məqamını ucaltmadı, ona bağlı olan adamlar ancaq nadanlar ola bilərlər.
Dostları ilə paylaş: |