İmamlarımız İmam Hüseyn müsibətinə ağlamışlarmı?
Bu barədə tarixi mənbələrdə ətraflı məlumat verilmişdir:
1- İmam Əli (ə)
Əhməd ibn Hənbəl səhih sənədlə Nəciydən nəql edir: «Həzrət Əli (ə) Siffeynə gedərkən Neynəvaya yetişdikdə, ağlamağa başladı. Peyğəmbərin (s) ona Hüseynin (ə) burada şəhid ediləcəyini xəbər verdiyini xatırladığını söylədi.»(1)
Əsbəğ ibn Nəbatə deyir: «Həzrət Əli (ə) ilə Kərbəladan keçirdim. Kərbəla şəhidlərinin atlara mindiyi, döyüşə getdiyi, qanlarının axdığı yerləri belə mənə göstərdi. Ağlayaraq buyurdu (ə): “Burada Peyğəmbər ailəsinin elə cavanları şəhid olacaq ki, yerlər, göylər onların halına ağlayacaqdır.» Əli (ə) İbn Abbasla da, ağlamış, bu hadisədən onu xəbərdar etmişdir.(2) Bu məzmunlu başqa rəvayətlər də mövcuddur. (3)
səh:141
1- [1] . «T ə hzibüt-t ə hzib», c. 2, s ə h. 300; « Ə l-Möc ə mül-k ə bir», c. 2, s ə h. 105; N ə sr ibn Müzahim, «Müsn ə di- Ə hm ə d ibn H ə nb ə l», c. 2, s ə h. 60-61; «Tarixi-D ə m ə şq», s ə h. 238.
2- [2] . Xar ə zmi, «M ə qt ə l»,s ə h. 162; İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 225; «Kitabi-Siffeyn», s ə h. 58.
3- [3] . İbn Ə bil H ə did, «N ə hcül-b ə lağ ə nin ş ə rhi», c. 1, s ə h. 278; «Kitabül-fit ə n», h ə dis 259; İbn H ə c ə r, «S ə vaiqül-mühriq ə », c. 193;
2- Fatimeyi Zəhra (s)
...Xanım Fatimə (s) ağlayaraq atasından soruşdu:
«Ata, kim mənim gözlərimin nuru olan oğlumu şəhid edəcək?»
Peyğəmbər (s) buyurdu: «Mənim ümmətimdən olan ən pis insanlar.»
Fatimə (s) buyurdu: «Ey Əli! Mənə və mənim övladıma ağla. Düşmənlərin Kərbəlada şəhid edəcəyi şəxsi unutma! Hiyləgər, azğın şəxslər, Hüseynimi məkrlə şəhid edəcəklər. Onun qatilləri üçün Allahın lə`nət və əzabını diləyirəm.»(1)
3- İmam Həsən (ə)
Həzrət Həsən (ə) ağlar gözlə qardaşına buyurdu: «Heç bir gün sənin şəhid olacağın günə bənzəməz. Özlərini Peyğəmbərin (s) ümməti və müsəlman adlandıran şəxslər sənə hücum edərək qanını axıdacaq, ehtiramını sındıracaq, ailə-uşaqlarını əsir edəcəklər. Elə buna görə də, Allahın Bəni-Üməyyəyə qəzəbi tutacaq, onları lə`nətə düçar edəcəkdir. Yerlər və göylər sənin matəminə qan ağlayacaq. Hətta vəhşi heyvanlar və dəryadakı balıqlar da, sənin üçün ağlar.»(2)
4- İmam Səccad (ə)
Kərbəla vaqiəsində iştirak etmiş Həzrət Səccad (ə) hər vaxt suyu gördükdə ağlayır və Aşura şəhidlərini yad edirdi. Su içərkən «Necə mən rahat su içim, bir halda ki, Peyğəmbərin (s) övladını susuz şəhid etdilər»- deyə ağlayardı.(3)
səh:142
1- [1] . «Biharül- ə nvar», c. 44, s ə h. 264; c. 35, s ə h. 238; «T ə fsiri-Furat Kufi», s ə h. 55; « Ə l- Ə valim», Abdullah B ə hrani, c. 11, s ə h. 588; M ə h ə mm ə d D ə şti, «N ə hcül-h ə yat», s ə h. 186.
2- [2] . Şeyx S ə duq, « Ə mali», s ə h. 114-115, Ə bdür-rza Safi, «B ə lağ ə tül-imam-Hüseyn ( ə ) », s ə h. 66.
3- [3] . «Biharül- ə nvar», c. 44, s ə h. 145; «Xisal», c. 1, s ə h. 131.
İmam Sadiq (ə) Zürarəyə belə buyurdu: «Babam Səccad (ə) Hüseyn ibn Əlini (ə) xatırlarkən, o qədər ağlayardı ki, saqqalı göz yaşı ilə tam islanardı. Onun ağlaması ətrafdakıları da, ağladardı.»(1)
İmam Səccaddan (ə) «artıq ağlamağın sonu çatmadımı?» Deyə soruşduqda, o, belə cavab verdi: «Yaqub peyğəmbərin (ə) on iki oğlu var idi. Allah-taala onun birini (Yusifi) Yaqubdan uzaq saldı. Yusif ölməmişdi. Amma Yaqub (ə) peyğəmbərin gözləri onun ayrılığına ağlamaqdan kor oldu. Mənim isə gözlərim önündə atam, qardaşlarım, əmim, 17 nəfər yaxınlarım və atamın səhabələri bir gün ərzində qətlə yetirildi. Başları bədənlərindən vəhşiliklə ayrıldı. Siz isə mənim qəm-kədərimin sona yetməsinimi gözləyirsiniz?»(2)
Başqa bir hədisdə isə buyurur: «Necə ağlamayım, atamı elə bir şeydən (sudan) məhrum etdilər ki, bütün heyvanlar və yırtıcılar üçün belə, azad qoyulmuşdu!»(3)
5-İmam Baqir (ə)
İmam Məhəmməd Baqir (ə) Həzrət Hüseynə (ə) ağlamaqla yanaşı əzadarlıq mərasimləri də keçirərdi. «Hüseyn ibn Əli (ə) mənim amalımdır»-deyə buyuran Məhəmməd Baqir (ə) müsəlmanlara hər Aşura günü əzadarlıq mərasimləri keçirməyə, bir-birlərinə baş sağlığı verməyə əmr edərdi. (4) Ərəb şairi Kumeyt Aşura musibəti haqda qəmli şe`rlərdən birini, İmam Baqirin (ə) yanında oxuyarkən, «Hüseyni susuz öldürdülər» dedikdə, o həzrət ağlamağa başladı. Çox ağladıqdan sonra isə Kumeytə buyurdu: «Əgər bu şe`rinin dəyərincə pulum-malım olsaydı hamısını sənə verərdim.
səh:143
1- [1] . «Biharül- ə nvar», c. 45, s ə h. 207.
2- [2] . İbn Ş ə hr Aşub «M ə naqib», c. 4, s ə h. 180; «Tarixi-D ə m ə şq», s ə h. 56; «Hily ə tül-övliya», c. 4, s ə h. 138.
3- [3] . İbn Ş ə hr Aşub «M ə naqib», c. 4, s ə h. 180.
4- [4] . «Kamilüz-ziyarat», s ə h. 174.
Amma bu şe`rin dəyəri Peyğəmbərin (s) Həssan ibn Sabitə verdiyi xeyir-duadır!»(1)
6- İmam Cəfər Sadiq (ə)
İmam Musa Kazim (ə) buyurur: «Məhərrəm ayı gəlib çatdıqda atamı (İmam Sadiqi (ə) ) gülən halda görməzdik. O qəmli və kədərli olur, ağlayırdı. Aşura günü isə daim göz yaşı tökərək, buyururdu: «Bu gün babam Hüseynin (ə) şəhid olduğu gündür.»(2)
Müaviyə ibn Vahab Aşura günü İmam Sadiq (ə) -ın yanına gələrkən, onun səcdə halında dua edərək ağladığını gördü. İmam (ə) ona buyurdu: «İbn Vahab! İstər uzaqda, istər də, yaxında olursan ol, Hüseyni (ə) ziyarət et! Qəmli ol, ağla.» Elə bu vaxt İmam (ə) özü də ağlamağa başladı. Biz o günü birgə, kədər-qəm içində bitirdik.»(3)
İbn Quləveyh deyir:
«İmam Sadiqın (ə) yanında Hüseynin (ə) adı çəkildiyi zaman, onun gülümsədiyini əsla görmədim.»(4)
7- İmam Musa Kazim (ə)
Həzrət Rza (ə) buyurur: «Məhərrəm ayında atam Musa Kazim (ə) gülməz, kədər yaşayar, Aşura günü isə ağlayaraq əzadarlıq edərdi.»(5)
8- İmam Rza (ə)
İmam Rza (ə) da, digər imamlar kimi Aşura musibətinə ağlamış, hətta şairləri də, mərsiyələr, növhələr söyləməyə əmr etmişdi. Debel Xüzainin iştirakı ilə keçirdiyi əzadarlıq mərasimləri buna nümunə ola bilər. (6)
səh:144
1- [1] . «Misbahül-mut ə h ə ccid», s ə h. 713.
2- [2] . «İmam H ə s ə n ( ə ) v ə İmam Hüseyn ( ə )»,, s ə h. 143.
3- [3] . «Tarixün-nihay ə ə l ə l-Hüseyn», s ə h. 157.
4- [4] . H ə min m ə nb ə , s ə h. 160; «Kamilüz-ziyarat», s ə h. 101.
5- [5] . «Hüseyn ( ə ) n ə fsi-mütm ə inn ə » s ə h. 56; “Biharül- ə nvar», c. 44, s ə h. 284 .
6- [6] . «Biharül- ə nvar», c. 44, s ə h. 257.
Həzrət Rza (ə) buyurur: «Aşura günü bizim göz qapaqlarımız çox ağladıqlarımıza görə yara olur.»(1) Başqa bir hədisdə isə buyurur: «Könlündən hansısa məzluma ağlamaq keçirsə, onda Hüseynə ağla.»(2)
9- İmam Cavad (ə), İmam Hadi (ə), İmam Həsən Əsgəri (ə)
İmam Cavadın (ə) yaşadığı dövrdə Aşura əzadarlığı heç bir maneə olmadan və aşkar şəkildə təşkil olunurdu. Amma İmam Hadinin (ə) müasiri olan dövrün xəlifəsi Mütəvəkkil, olduqca qəddar və məkrli bir adam idi. Əhli-beytə (ə) düşmən kəsilmiş bu adam, Hüseyn (ə) aşiqlərinin qanına susamaqla bərabər, İmam Hüseynin (ə) qəbrini dağıtdırıb, yerlə-yeksan etdirmişdi. Hətta qəbrin ətrafında keşikçilər qoyub, oranı ziyarət etməyə gələnləri həbs etməyə əmr vermişdi. Bu acınacaqlı vəziyyət İmam Həsən Əsgərinin (ə) zamanına qədər davam etdi. (3) İmam Həsən Əsgəri də, başqa mə`sumlar kimi açıq şəkildə əzadarlıq mərasimləri qura bilmiş və müsəlmanları buna də`vət etmişdir. Aşura müsibətinə xüsusi dəyər və ehtiram qoyan İmamımız Şaban ayının 3-də Böyük Yaradana belə müraciət edir: «İlahi, səni and verirəm bu gün dünyaya gələn Hüseynin (ə) haqqına ki, hələ doğulmamışdan öncə yer-göy əhli onun yasına ağladı. O, göz yaşları şəhidi və öz nəslinin böyüyüdür...»(4)
10- İmam Sahibəz-zaman (ə. c. )
Dünyanın xilaskarı olacaq İmam Sahibəz-zaman (ə. c. ) buyurur: «Ey babam (Hüseyn (ə))! Zaman məni sənin zamanından sonraya atsa da, sənə kömək etmək və düşmənlərinlə döyüşmək mənə qismət olmasa da, gecə-gündüz sənin müsibətinə sızlayır göz yaşı yerinə qan ağlayıram...»(5)
səh:145
1- [1] . H ə min m ə nb ə , c. 44, s ə h. 284.
2- [2] . «Üyunu- ə xbarir-Rza ( ə )», c. 1, s ə h. 299; «Biharül- ə nvar», c. 44, s ə h. 286; Şeyx S ə duq, « Ə mali», s ə h. 130.
3- [3] . İbn Ə sir, «Kamil», c. 5, s ə h. 287; «İl ə lüş-ş ə raye», c. 2, s ə h. 75.
4- [4] . «Biharül- ə nvar”, c. 10, s ə h. 201.
5- [5] . «Biharül- ə nvar», c. 101, s ə h. 320.
səh:146
Dostları ilə paylaş: |