İmam hüSƏyn (ə) VƏ AŞura qiyami kitab haqqinda


İmam Hüseynin qəbrini ziyarət etməyin faydası nədir?



Yüklə 0,92 Mb.
səhifə19/25
tarix17.11.2018
ölçüsü0,92 Mb.
#82978
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

İmam Hüseynin qəbrini ziyarət etməyin faydası nədir?


Həzrət İmam Hüseynin qəbrini ziyarət etməyin özünə məxsus fəlsəfəsi vardır. Onlardan bir neçəsinə işarə edirik:

1- Bildiyimiz kimi Əhli-beytə (ə) olan sevgi və məhəbbət Qurani-Kərimdə vacib sayılmışdır. (1) Bundan əlavə əziz Peyğəmbərimizin (s) «Hər kəs Hüseyni (ə) sevsə məni sevmiş olur, məni sevən isə Allahı sevmiş olur.»(2) Və buna oxşar buyruqları bizə onun sevgisini vacib edir. Bizi onun ziyarətinə aparan yol, eşqin yolu və İmam Hüseynə (ə) bəslədiyimiz ülvi məhəbbətdir.

2- Allah dostlarını unutmamaq,  İlahi şüarlarını daim yaşatmaq hər bir müsəlmanın borcudur. Necə ki, Qurani-Kərim buyurur: «Hər kəs  İlahi şüarlarını dirçəltsə şübhəsiz ki, bu qəlblərin və onun qəlbinin təqvasından xəbər verir.»(3)

səh:171
1- [1] . Şura sur ə si, ay ə 23.

2- [2] . «Möc ə mül-k ə bir», c. 22, s ə h. 274; “K ə nzül-ümmal», c. 13, s ə h. 662.

3- [3] . Şü ə ra sur ə si, ay ə 23

İmam Hüseynin (ə) qəbri də, Allah yolunda fədakarlıq, şəhadət və izzət simvolu olaraq, müsəlmanların ziyarətgahına çevrilmişdir.

3- Müsəlmanlar Allah yolunda şəhid olmuş, din uğrunda özünü qurban vermiş İmam Hüseynin (ə) ziyarətinə gedərək onu Allaha vasitə qərar verir, dua və istəklərinin qəbul edilməsində yardım etməsini diləyirlər.

Bu günə kimi, müqəddəs Kərbəlada minlərlə insan şəfa tapmış və neçə-neçə çətinliklərlə üzləşmiş şəxslərin müşkülləri həll olmuşdur. Belə ki, Qurani-Kərim də duanın tezliklə qəbul olunması üçün Allah yanında məxsus hörməti olan şəxsləri,vasitə etməyi məsləhət görmüşdür. Necə ki, Maidə surəsi, 35-ci ayədə buyurulur: «Allaha yaxınlaşmaq üçün vasitə axtarın.»

4- İmam Hüseynin (ə) qəbrini ziyarət edərkən qəlbimiz kövrəlir, səmavi hisslərlə dolur, və etdiyimiz bir çox pis əməllərimizə görə peşman oluruq. Allahın sevimli dostlarının ziyarətinə gəldiyimizi düşündükdə, bu müqəddəs yerin paklığı bizi düşünməyə və tövbə etməyə vadar edərək, sanki çirkinliklərdən yuyub təmizləyir. Xoş duyğular, səmavi hisslər insana hakim kəsilir. Müqəddəs məkanın səfa dolu ab-havası bizi mərhəmətli, xeyirxah olmağa çağırır. Belə ki, Kərbəla ziyarətinə gedib bəd əməllərinə, keçmiş səhvlərinə utanıb, tövbə etməyən bir müsəlman tapmaq çox çətindir. Həzrət İmam Hüseyn (ə) kimi dəyərli şəxsiyyətin məzarını ziyarət etdiyimiz üçün daim öz əməllərimizə fikir verməyə, ona layiq hərəkətlər etməyə çalışırıq. Başqa sözlə desək, Kərbəla ziyarəti həyatımızda Allaha dönüş nöqtəsi olaraq «hidayət edici» rolunu oynayır.

Bir an təsəvvür edin ki, düzgün hərəkət etmədiyimiz zaman bizə, «sən Kərbəlayisən, bu sənə yaraşmaz!»-deyə

səh:172


müraciət olunur. Biz isə əməlimiz barəsində düşünür çox vaxt nöqsanlarımızı anlayır, ən azı bir anda olsa inadı buraxaraq işimizin doğru olub-olmadığı barədə tərəddüd edirik.

Misirli sünni alim Abbas Mahmud Əqqad bu barədə yazır: «Kərbəla müsəlmanlar üçün ibrət və qayıdış (tövbə) məkanı, qeyri-müsəlmanlar üçün isə adi səyahət yeridir. Amma əsl həqiqətdə belə müqəddəs torpaq mə`nəviyyatdan azca anlayışı olan hər insan övladının ziyarətgahına və onunla bərabər tövbə məkanına çevrilməlidir.»(1)

səh:173
1- [1] . Mahmud Ə qqad, « Ə büş-ş ə hid», s ə h 144.

səh:174

Niyə namaz qılarkən Kərbəla möhürünə səcdə edirik?


Bu suala cavab verməzdən öncə torpağa səcdənin fəlsəfəsinə diqqət etmək lazımdır. Həqiqətən səcdə, bəndənin Allah qarşısında olan tükənməz ehtiramını və acizliyini yetirir. Səcdə, aciz qulun öz ağasına sonsuz itaətkarlığının, möhtaclığının simvoludur. Məhz elə buna görə də Allaha səcdə etmək ibadətlər arasında ən çox tə`kid olunmuş və olduqca dəyərli bir əməl sayılır. Deməli insan onu Yaradanın qarşısında alnını torpağa qoyub səcdə etdikdə, özünü Tanrı qarşısında kiçildərək, gücsüz bir bəndə və pak niyyətli qul olduğunu bəyan etmək istəyir. Bir cümlə ilə desək, bəndə Allah qarşısında səcdə etməklə, Onun  bütün əmrlərinə baş əydiyini bildirir.

İslam peyğəmbəri Həzrət Məhəmməd (s) buyurur: «Sizlərin hər biri namaz qılarkən qürur və təkəbbürü özündən uzaqlaşdırmalı, tə`zim məqsədilə alnını, burnunu torpağa qoymalıdır.»(1)

səh:175
1- [1] . İbn Ə sir, « Ə n-Nihay ə », s ə h. 144.

Həmçinin, insan bu yolla hər bir qüdrətin Allaha tabe olduğuna tə`kid etməklə, özünün torpaqdan yarandığını yada salaraq İlahi qüdrətinə həmd-səna söyləyib, onun qulu olmamasına e`tiraf edir. İmam Sadiq (ə) buyurur: «Torpağa səcdə edin! Çünki səcdə Allah-taalanın hüzurunda itaət və bəndəçilik nişanəsidir. Bilin, yeməli, geyməli şeylərə səcdə etmək heç cür dəyərli ola bilməz. Bəndənin, dünyaya vurğun olan kəslərin mə`buduna (yeməli, geyməli əşyalara) alın qoymağı düzgün deyil. Yerə (torpağa) səcdə isə daha fəzilətli olub Allah qarşısında son dərəcə tə`zim və kiçiklik nümunəsidir.»(1) Elə buna görə də şiələr namazda Allaha səcdə edərkən hansısa pak torpaqdan istifadə etməyi lazım bilirlər.

İndi isə hər şeyini azca tərəddüd etmədən, faciəli şəkildə Tanrı yolunda qurban vermiş şəxslərin uyuduğu Kərbəla torpağının Allah yanında necə dəyərli olduğunu düşünün. Namazda Allah dostlarının dəfn olunduğu Kərbəla torpağına alın qoymağımız, onlara və onların yoluna, hədəfinə, amalına olan sevgimizi yetirir. Bu isə Allaha olan eşqimizin, bəndəliyimizin birgə təzahürü deməkdir. Və bir bəndə olaraq Allaha, dostlarına, həm də İlahi əmrlərinə sayğımızdır.

Biz Kərbəla türbətinə səcdə etməklə, onları İlahi bəndəçilikdə özümüzə nümunə seçirik.

Həmçinin başqa cəhətdən baxanda Qurani-Kərimin Maidə surəsi, 35-ci ayəsində buyurduğu: «Allaha yaxınlaşmaq üçün vasitə arayın» əmrinə əməl edir, Allaha əziz olan bu şəhidlərin hörmətinə and verir, Ona daha da yaxınlaşır, bununla da dualarımızın tezliklə qəbul olunmasını sığortalayırıq.

səh:176
1- [1] . «Biharül- ə nvar», c. 85, s ə h. 147.

Burada əhəmiyyətli olan digər nöqtəni də xatırlatmaq lazımdır. Biz Allaha səcdə etdiyimiz torpağın Kərbəla türbəti olduğunu bildikdə, qəlbimiz kövrəlir, Allahın sadiq bəndələrini düşünərək, İtaət, rəhmət, güzəşt, ədalət, şəhadət və sair kimi insani-mə`nəvi hisslərə dalırıq. Bu da mə`nəvi tərbiyəmizə sözsüz ki, müsbət tə`sirini qoyur. Tanınmış İslam alimi Məhəmməd Hüseyn Ali Kaşiful-ğita yazır: «Namaz qılan şəxs alnını Kərbəla möhürünə qoyur. İmam Hüseynin (ə) və dostlarının fədakarlığını xatırlayır. Bəndənin Tanrı yolunda özünü necə qurban verdiyini düşünür. Allaha ən yaxın olduğu bir vaxtda, səcdə halında ikən, daha da gözəl mə`nəvi hisslərə qapılır...  Elə buna görə də, məsumlarımız İmam Hüseynin (ə) türbətindən düzəldilmiş möhürə səcdə etmək, yeddi şeytan maneəsini yırtır deyə buyurmuşlar.»(1) Bütün bunlar İmam Hüseyn (ə) möhürünə səcdə etməyin fəlsəfəsindən açıqlamalar idi.

səh:177
1- [1] . Bu h ə dis imam Sadiq ( ə ) a m ə xsusudur. «Biharül- ə nvar», c. 101, s ə h. 135, « Ə l- Ə rzu v ə t-türb ə tül-Hüseyniyy ə », s ə h. 32-33

səh:178


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin