İmam Hüseyn Kərbəlada şəhid olacağını bilirdimi?
İmam Hüseyn (ə) Kərbəlada şəhid olacağını qiyam etmədən öncə bilirdi. Allahın dinini qorumaq üçün hər şeyini qurban verməkdən başqa bir yolun olmadığını anlayırdı.
Ən əsası budur ki, o, həzrət Allah tərəfindən hər İmama əta olunmuş “qeyb-elmi” vasitəsilə bunu bilirdi. (1)
Bundan əlavə İslam peyğəmbəri Həzrət Məhəmməd (s) dəfələrlə İmam Hüseynin (ə) şəhid ediləcəyini tam təfsilatı ilə bəyan etmişdi. (2) Kərbəla müsibəti barəsində nəinki Həzrət Əlinin (ə) ailəsi, hətta Bəni Haşim qəbiləsi də, bilirdi. (3) Belə olduqda isə İmam Hüseynin (ə) xəbərsiz olmasını söyləmək düzgün olmazdı. Qardaşı İmam Həsən (ə) də, vəfatından əvvəl ona belə söyləmişdi: «Ey qardaşım! Heç bir müsibət sənin qətlə yetiriləcəyin günə bənzəməz.
səh:31
1- [1] . Cin sur ə si, ay ə 26-27.
2- [2] . «M ə qt ə l- Xar ə zmi», c. 1, s ə h. 88; «K ə nzül-ümmal» c. 12, s ə h. 123, İbn H ə c ə r, «S ə vaiqül-mühriq ə », s ə h. 192.
3- [3] . «M ə qt ə l- Xar ə zmi», c. 2, s ə h. 167; İbn Mac ə , «S ə hih», c. 2, s ə h. 518, «Müst ə dr ə k», c. 4, s ə h. 464.
Özünü Məhəmməd (s) ümməti sayan otuz minlik qoşun sənə hücum edər, öldürər, ailəni əsir tutarlar...»(1)
Onlar kufəlilərin vəfasız, e`tibarsız olduğunu söyləyərək, hətta kufəlilərin İmamı (ə) qətlə yetirmək haqqında artıq düşmənlərlə fikir ortaqlığına gəldiklərini də, xəbər vermişdilər. İmam (ə) isə onlara şəhid olacağını bildiyini buyurmuş və bu yolun ən düzgün seçim olduğuna tə`kid etmişdir.
Abdullah ibn Abbas İmam Hüseynin (ə) hüzuruna gələrək, belə demişdi: «Ey əmim oğlu! Mən sənin ayrılığına dözə bilmərəm. Qarşına məqsəd qoyduğun bu səfərdə, sənin şəhid olmağına və ailənin əsir düşməyinə qorxuram. Çünki iraqlılar vəfasız adamlardır. Onlara inanmaq olmaz... Əgər İraq xalqı məktubda yazdıqları kimi həqiqətən də səni istəyirlərsə, onda əvvəlcə şəhər valisini, öz düşmənlərini oradan qovsunlar. Sonra isə sən Kufəyə gedərsən. Sən Hicazın böyüyüsən, Məkkə, Mədinə əhalisi sənə çox ehtiram edir. Sən elə bu Məkkədə qal. Əgər Məkkədən getməkdə israrlısansa, yaxşı olar ki, Yəmənə gedəsən. Çünki atan Əlinin (ə) orada çoxlu şiələri var. Bundan əlavə Yəmən geniş, möhkəm qalaları, uca və əlçatmaz dağları olan bir məntəqədir.” İmam (ə) ona təşəkkür edib buyurdu: “And olsun Allaha, bunlar qanımı tökməyincə məndən əl çəkməyəcəklər. Məni qətlə yetirdikləri üçün Allah onlara elə bir şəxsi hakim edəcəkdir ki, zillətlə yaşayacaqlar...»(2)
Abdullah ibn Zübeyrin onu saxlamaq qəsdi ilə söylədiyi təklifin cavabında da İmam Hüseyn (ə) belə buyurdu: «Ey Zübeyrin oğlu! Əgər Fərat çayının
səh:32
1- [1] . Şeyx S ə duq, « Ə mali» , s ə h. 115-116.
2- [2] . «Tarixi-T ə b ə ri», c. 5, s ə h. 384; « Ə l-Fütuh», c. 5, s ə h. 73; «M ə qt ə li-Xar ə zmi», c. 1, s ə h. 217; «Kamil» c. 2, s ə h. 546, « Ə nsabül- ə şraf», c. 3, s ə h. 162.
kənarında dəfn olunsam, mənim üçün Kə`bə astanasında öldürülməkdən daha yaxşıdır.»(1)
Məhəmməd Hənəfiyyə də, İmama Kufəyə getməməyi məsləhət görərək dedi: «Qardaş! Sən Kufə camaatının atan Əli (ə) və qardaşın Həsənə (ə) qarşı sədaqətsizliyinin şahidi oldun. Qorxuram ki, səninlə bağladıqları əhdi-peymana xilaf çıxsınlar. Yaxşı olar ki, oraya getməyəsən və Məkkədə qalasan. Yaxud da Yəmənə get.»
İmam ona belə cavab verdi: «Allahın rəsulu (s) yuxumda buyurdu: «Hüseyn (ə), qiyam et! Çünki Allah bunu istəmişdir. Allah sənin şəhid olmanı və ailənin əsir düşməsini iradə etmişdir.»(2)
Abdullah ibn Cəfər, Ömər ibn Əbdürrəhman, o dövrün məşhur ərəb şairi Fərəzdəq, bə`zi köçəri ərəblər də kufəlilərin hiyləsindən İmamı (ə) xəbərdar etmiş, « kufəlilərin qəlbi səninlə, amma qılıncları sənin əleyhinədir» kimi ibarətlərlə vəziyyətin ciddi olduğuna işarə etmişlər. İmam Hüseyn (ə) də öz növbəsində bütün bunları bildiyini buyurmuşdur. (3)
Deməli, o həzrət öz şəhadətinə tam agah idi. Bə`zi mənbələrə istinadla İmam Hüseynin (ə) Kərbəlaya hərəkət etməzdən qabaq Məkkə şəhərindəki nitqi də, buna əsaslı sübutdur: «Şükür Allaha layiqdir! Allah nə istəsə o da baş verəcəkdir. Allahın istəyi olmadan hökm verməyə qadir olan heç bir qüvvə yoxdur. Allahın rəsuluna (s) salamı olsun.
səh:33
1- [1] . «Tarixi-T ə b ə ri», c. 5, s ə h. 383; c. 3, s ə h. 164.
2- [2] . Seyyid ibn Tavus, «Lühuf», s ə h. 65; «Musu ə tü-k ə limatil-İmam Hüseyn ( ə ) » s ə h. 238; İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 174.
3- [3] . «Tarixi-T ə b ə ri», c. 5, s ə h. 384; «T ə zkir ə tül-hüffaz», c. 1, s ə h. 338; Şeyx Müfid, «İrşad», c. 2, s ə h. 76; İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 169.
Qızların boynuna boyunbağı lazım olduğu kimi insan övladına da ölüm vacibdir və ondan qaçıb qurtarmaq olmur. Yaqub peyğəmbər (ə) oğlu Yusifin (ə) görüşünə necə həvəsli idisə, mən də ata-babamı görməyi o qədər arzulayıram. Mənim üçün bir qətlgah təyin olunmuşdur və mən orada düşəcəyəm. Sanki çöl yırtıcılarının (Kufə qoşunu) Nəvasis və Kərbəla arasında yerləşən vadidə mənim bədən üzvlərimi tikə-tikə edərək, ac qarınlarını və boş xurcunlarını doldurduğunu öz gözlərimlə görürəm... Agah olun! Kim bizim yolumuzda öz qanından keçməyə, Allahla görüşmək və canını şəhadət uğurunda qurban verməyə hazırdırsa, mənimlə gəlsin. Mən inşallah sabah sübh Kufəyə doğru hərəkət edəcəyəm.»(1)
səh:34
1- [1] . Seyyid ibn Tavus, «Lühuf», s ə h. 53; «M ə sirül- ə hzan», s ə h. 21; «Musu ə tü-k ə limatil-İmam Hüseyn ( ə ) » s ə h. 364;
İmam Hüseyn şəhid olacağını bilirdisə, niyə qiyam etdi?
Hər şeydən əvvəl bunu bilmək lazımdır ki, peyğəmbərlər və imamlar adi həyatlarında Allahın onlara bəxş etdiyi «elmi-qeyb»-ə (qeyb elminə) əsasən davranmırlar. Onlar da, digər insanlar kimi öz üzərlərinə düşən vəzifələri zaman və məkan şəraitinə uyğun olaraq yerinə yetirirlər. İslam peyğəmbəri həzrət Məhəmməd (s), bəy yatağından yenicə qalxmış, döyüşə getmək üçün icazə istəyən Hənzələnin şəhid olacağını bilirdi amma ona döyüşə atılmağa icazə verdi. Bu İlahi ədalətin tələbidir.. Əziz Peyğəmbərimiz (s) bütün işlərində belə idi. Allahın izni olmadan «Qeyb elmi» ilə bildiklərini gündəlik həyatda üzləşdiyi məsələlərə qatmazdı. Mübahisəli hallarda hökm verərkən də “qeybi elm” indən istifadə etməz və buyurardı: «Mən buradakı sübut və dəlillər əsasında hökm verirəm. Sizlərdən bə`zisi özünü zirəng, bacarıqlı bilib müsəlman qardaşının malını mənim hökmümlə mənimsəsə, o malın cəhənnəm odunun bir parçası olduğunu bilsin.»(1) Həmçinin İmam Hüseyn (ə) də öz vəzifəsini yerinə yetirdi.
səh:35
1- [1] . Hürr Amili, «V ə sailüş-şi ə », c. 2, s ə h. 20.
Qurani-Kərimin Bəqərə surəsi, 195-ci ayəsində: «Öz əlinizlə özünüzü təhlükəyə atmayın!» əmri isə «lazımsız yerə özünüzü təhlükəyə atmayın!» deməkdir. Bu əmr şəhadətin və özünü qurban verməyin vacib olduğu sahələrə aid deyildir. Çünki dinimizin «Cihad» adlı daha vacib bir əmri vardır. Cihad İslam dinini qorumaq üçün Allah yolunda düşmənlərlə hərbi mübarizəyə deyilir. Bu yolda ölmək şərəf sayılaraq, şəhidlik məqamına layiq görülür. Qur`anda şəhidlər haqqında zikr olunan müxtəlif ayələrdə onların savabını Allahın özü verəcəyi və sair kimi əsrarəngiz həvəsləndirmələr mövcuddur. Belə olduğu halda tam qətiyyətlə ayənin cihada aid olmadığını söyləyə bilərik.
Və həmçinin məlumdur ki, həmişə zalımlara qarşı boyun əyməməyə çağıran Qurani-Kərim, «özünü təhlükəyə atma, zalımlara qul ol. Dinin məhvə uğrasada belə, onlara qarşı çıxma»- deyə əmr etməz. Deməli ayə lazımlı yerdə yox, gərəksiz vəziyyətdə, hədər yerə özünü təhlükəyə atmamağa əmr edir. İmam Hüseynin (ə) qiyamı isə dinimizi nicat verən və misilsiz əhəmiyyətə malik bir fədakarlıq idi.
Maraqlıdır ki, Əbu Əyyub Ənsari bu ayəni «özünüzü təhlükəyə atmayın;» yə`ni «cihaddan qaçmayın» kimi təfsir etmişdir. Əgər belədirsə söylənilən ayə nəinki şəhadətin əksinə çıxmır, əsl həqiqətdə şəhid olacağını bildikdə də cihadı lazım bilir. (1)
Bir çox Qur`an ayələrində Allah yolunda özünü ölümə atmaq ibadət sayılaraq, əbədi səadətlə müjdələnir. (2) İmam Hüseyn (ə) də Allah-taalanın əmrinə boyun əyib, öz şəhadəti ilə ən ali səadətə nail oldu.»(3)
səh:36
1- [1] . Z ə m ə xş ə ri, «T ə fsiri-K ə şşaf»,c. 1, s ə h. 237.
2- [2] . B ə q ə r ə sur ə si, ay ə 54.
3- [3] . Seyyid ibn Tavus, « Ə l-M ə lfuf ə la q ə tlit-tafuf», s ə h. 100.
Necə ki, Qurani-Kərim buyurur: «Allah (cənnətin) əvəzində mö`minlərin canını və malını almışdır. O möminlər ki, Allah yolunda döyüşür, bu yolda ölürlər (də belələrindəndir). Bu Tövrat, İncil və Qur`anda söylənilən haqqın və`didir. Kim öz əhdinə Allahdan daha vəfalı ola bilər? Müjdə olsun sizlərə ki,
səh:37
səh:38
Dostları ilə paylaş: |