Hüseyn ibn Əli əleyhissəlamın İmamətdən qabaqkı mübarizələri
Hüsyen ibn Əli (əleyhissəlam) gənclik dövründən başlayaraq İslam hökumətinin əsl yolundan döndüyünü müşahidə etdiyi vaxtdan atasının siyasi mövqeyini himayə etmiş və ona tabe olmuşdur. Bir gün İmam Hüseyn (əleyhissəlam) Ömər ibn Xəttabın hakimiyyəti dövründə məscidə girib gördü ki Ömər minbərdə oturmuşdur. Bunu görcək, tez minbərin başına qalxıb Ömərə dedi: «Mənim atamın minbərindən aşağı düş və get öz atanın minbərində otur.» Ömər özünü itirmiş halda dedi: «Mənim atamın minbəri olmayıb.» Sonra Ömər onu yanında əyləşdirdi. Minbərdən düşdükdən sonra İmam Hüseyn əleyhissəlamı öz evinə aparıb ondan soruşdu: «Bu sözü sənə kim öyrədib?» İmam Hüseyn (əleyhissəlam): «Heç kim» –deyə cavab verdi.