İmam hüseyn əleyhiSSƏlamin həyati



Yüklə 0,59 Mb.
səhifə31/54
tarix10.01.2022
ölçüsü0,59 Mb.
#107766
1   ...   27   28   29   30   31   32   33   34   ...   54

Çirkin təbliğlər




Müaviyə uzunmüddətli hakimiyyəti dövründə Şam əhalisini elə “tərbiyələndirmişdi” ki onlar din barədə az da olsa, xəbərdar deyildilər. Onlar Müaviyənin sözünə can-başla boyun əyib tabe olurdular. Müaviyə bu müddətdə Şam əhalisini təkcə nizami və siyasi cəhətdən öz əmri altına almamış üstəlik öz dediklərini onlara İslam tə’lim-tərbiyəsi kimi qəbul etdirmək üçün onları, fikri və məzhəbi cəhətdən də kor-koranə yetişdirmişdi. O özünəməxsus hiyləsi ilə bu sahədə öz istəklərinə nail oldu. Bunlar hamısı nəzəri cəlb edən məsələlərdir. Onun Həzrət Əli (əleyhissəlam) kimi bir şəxsiyyətin (camaatın fikrində) əsl simasını dəyişdirmək üçün işlətdiyi hiylələri o Həzrəti söyməyi bir bid’ət kimi cəmiyyətdə yaydığını hamı bilir. Peyğəmbər (səlləllahu əleyhi və alih) (İslamın qocaman pak və doxsan yaşlı mücahidi) Əmmar Yasirin zalımların əli ilə şəhadətə yetişməsi barədə qabaqcadan xəbər verdiyi halda, Əmmar Yasir Siffeyn döyüşündə Həzrət Əli əleyhissəlamın ordusunda şəhid olduqdan sonra Müaviyə adam aldadan hiyləsi ilə Şam ordusu arasında xəbər yaydı ki Əmmarın qatili Əlidir. Çünki onu döyüş meydanına Əli (əleyhissəlam) göndərmişdir.42

Müaviyənin adamlarının erkək dəvəni dişi dəvədən seçə bilməmələri Müaviyənin rəhbərliyi ilə həftənin üçüncü günü biabırçı şəkildə cümə namazının qılınması da bir daha bu mə’nanı təsdiqləyir. Bunlar o qədər aydın məsələlərdir ki daha əlavə izahata heç ehtiyac da yoxdur.43

Bəni–Üməyyənin çirkin hökuməti əks təbliğlər və şəxsiqərəzlər nəticəsində Peyğəmbərin (səlləllahu əleyhi və alih) pak ailəsini Şam əhalisinin fikrində pis pozğun bunun müqabilində isə Bəni–Üməyyəni Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsi kimi qələmə verirdi. Belə ki tarixçilər yazırlar: «Abbasilərin qiyamının qələbəsindən sonra Əbül Abbas Səffah hakimiyyətə gələndə, Şam əmirlərindən on nəfəri onun yanına gedib hamılıqla and içərək bildirdilər ki biz (sonuncu Əməvi xəlifəsi) Mərvanın ölümünə qədər peyğəmbərin Bəni–Üməyyədən başqa qohumu olduğunu bilmirdik. Nəhayət siz hakimiyyətə gəldikdən sonra biz bunu bildik.»44

Buna əsasən, tarix kitablarında yazılmış aşağıdakı ibarələri oxuduqda heç də təəccüblənməməliyik:

«Kərbəla əsirləri Şama daxil olduqda bir kişi İmam Zeynülabidin əleyhissəlamın qarşısında durub dedi: «Həmd olsun o Allaha ki sizi öldürməklə camaatı sizin şərrinizdən qurtardı və Əmirəl-mö’minini (Yezidi) sizin üzərinizdə qalib etdi.»

İmam Səccad (əleyhissəlam) sakit qalıb gözlədi. Şamlı kişi bütün ürəyində olanları dedi. Sonra İmam Səccad (əleyhissəlam) ondan soruşdu:

— Qur’an oxumusan?

— Bəli!


— Bu ayəni oxumusanmı? «De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm45

— Bəli!


— Bəs bu ayəni necə? «Qohum-əqrəbanın haqqını ödə

— Bəli!


— Bu ayəni də oxumusan? «Ey peyğəmbərin Əhli-beyti Allah sizdən çirkinliyi yox etmək sizi tərtəmiz pak etmək istəyir46

— Bəli!


— Ey qoca bu ayələr bizim haqqımızda nazil olmuşdur. Bizik Peyğəmbərin qohum-əqrəbası hər cür çirkinlikdən uzaq olanlar bizik.

Qoca bildi ki bu əsirlər barədə eşitdikləri doğru deyil. Onlar heç də xarici deyillər əksinə, Peyğəmbər övladlarıdırlar. Buna görə də, dediyindən peşman olub dedi: «İlahi mən bunlara qarşı ürəyimdə olan kin-küdurətdən Sənə pənah aparıram! Mən Məhəmməd (səlləllahu əleyhi və alih) və Ali-Məhəmmədin (səlləllahu əleyhi və alih) düşmənlərinə nifrət edirəm!»




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin