İmam Səccad əleyhissəlamın ibn Ziyadla söhbəti
Ötən səhifələrdə qeyd etdik ki Bəni-Üməyyə hökuməti Cəbriyyə məzhəbindən istifadə edir və öz günahlarını Allahın iradəsi ilə əsaslandırırdılar. Bu yolla da camaatın fikrini azdırırdılar. İmam Səccad (əleyhissəlam) və xanım Zeynəb (səlamullahi əleyha) düşmənin bu hiyləsindən xəbərdar olduqları üçün ona qarşı ciddi mübarizə aparırdılar. Bu mübarizənin bariz nümunələrindən biri İmam Səccad əleyhissəlamın Kufədə ibn Ziyadla söhbətidir. Əhli-beyt əsirlərini ibn Ziyadın sarayındakı ümumi məclisə gətirdikdən və xanım Zeynəb (səlamullahi əleyha) ilə ibn Ziyad arasında kəskin söz-söhbət getdikdən sonra ibn Ziyadın gözü İmam Səccad əleyhissəlama sataşdı və dedi: “Bu kimdir?” Məclisdəkilərdən bə’ziləri dedilər: “Əli ibn Hüseyndir.” İbn Ziyad: “Məgər Allah Əli ibn Hüseyni öldürmədi?”
İmam Səccad (əleyhissəlam): “Mənim qardaşım var idi camaat ona da Əli İbn Hüseyn deyirdi. Siz onu öldürdünüz.”
İbn Ziyad: “Yox onu Allah öldürdü.”
İmam Səccad (əleyhissəlam): «Allah əcəli çatan kimsələrin canlarını ruhlarını onlar öldüyü zaman ölməyənlərin hələ əcəli çatmayanların canlarını isə yuxuda alar. Çünki yuxu da ölüm kimi bir şeydir yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir.63
İbn Ziyad: “Nə cür’ətlə belə cavab verirsən? Aparın onun boynunu vurun.”
Bu zaman İmamət əmanətinin (İmam Səccadın) qoruyucusu xanım Zeynəb (səlamullahi əleyha) buyurdu: «Ey Ziyadın oğlu! Bizim kişilərimizdən birini də sağ qoymadın əgər onu öldürmək istəyirsənsə məni də onunla birlikdə öldür!»
İmam Səccad (əleyhissəlam) buyurdu: «Bibi sakit ol qoy onunla mən söhbət edim.» İmam sonra buyurdu: «Ey Ziyadın oğlu! Məni öldürməklə hədələyirsən? Bilmirsən ki ölüm bizim üçün adi bir iş şəhadət bizim üçün şərəfdir?»64
Dostları ilə paylaş: |