İmam hüseyn əleyhiSSƏlamin həyati


Şəhadət sünnəsinin dirçəlməsi



Yüklə 0,59 Mb.
səhifə46/54
tarix10.01.2022
ölçüsü0,59 Mb.
#107766
1   ...   42   43   44   45   46   47   48   49   ...   54

2. Şəhadət sünnəsinin dirçəlməsi


İslam Peyğəmbəri Allaha iman əsasında qurulmuş yeni bir din gətirməklə şəhadət sünnəsini yaydı. Tarixin şahidliyinə əsasən, müsəlmanların şanlı qələbələrinin bir çoxunun səbəbi onların Allah yolunda haqqın qalib gəlməsi üçün şəhadətin pişvazına çıxmaları olmuşdur. Ancaq Peyğəmbərin vəfatından sonra İslam hökumətinin öz həqiqi yolundan çıxması şəhərlərin fəth olunmasının artması əldə olunan qənimətlərin xilafət mərkəzinə keçməsi və bir çox başqa səbəblər nəticəsində yavaş-yavaş müsəlmanlar öz döyüş ruhiyyələrini itirib başlarını rifah və asayişə qatdılar. Belə ki hər kəs hər hansı yolla olursa-olsun, hökuməti ələ keçirir camaat da rahat yaşayışın əldən çıxacağından qorxub heç bir müqavimət göstərmədən ona tabe olurdu. İslam adı ilə camaata hakimlik edən zalım hakimlər də bundan istifadə edirdilər.

Bəni-Üməyyənin hökuməti möhkəmləndikcə, bu vəziyyət daha da artırdı. Müaviyənin ömrünün axır-axırında və Yezidin hakimiyyətinin əvvəllərində isə bu vəziyyət öz kuliminasiya nöqtəsinə çatdı.

O dövrdə qəbilə başçıları əsasən mal-dövlət və gücə tabe idilər. Öz vicdan və şəxsiyyətlərini dünyanın dəyərsiz mal-dövlətinə satırdılar. O dövrün dini–siyasi rəhbərləri Übeydullah ibn Ziyadın ailəsindən tamamilə xəbərdar olduqları halda yenə də onun qarşısında baş əyirdilər. Bu cür adamlar nə təkcə Yezid və İbn Ziyadın hətta onların köməkçilərinin də qarşısında mumiya kimi yumşaq və sözəbaxan idilər. Çünki mal-dövlət ad-san hamı onların ixtiyarında idi və bu cür adamlar onlara yaxınlaşmaqla mal-dövlət əldə edib ad-san qazana bilərdilər.

Alçaqlıqda birinci dəstədən heç də geri qalmayan ikinci dəstə isə avam camaatın başını aldadan “mö’minlər” və “zahidlər” idilər. Onlar riyakarlıqla özlərini təqvalı göstərir və bu yolla yağlı tikələr əldə edirdilər. Öz dövrlərinin zalım hakimlərinin rəğbətini qazandıqda onların ətrafındakılarla bir sırada dururdular.

O dövrün camaatı bu cür insanları çox yaxşı tanıyırdı. Bu cür insanların çirkin əməlləri ilə o qədər ünsiyyətdə olmuşdular ki daha onların gördüyü işlər camaatın nəzərində adi və təbii görünür və heç bir e’tiraza səbəb olmurdu. O dövrün adi camaatının yaşayışı da belə idi ki onların yeganə məqsəi öz şəxsi ehtiyaclarını tə’min etmək idi. Hamı öz şəxsi həyatı üçün iş görür hərə öz şəxsi məqsədinə çatmaq üçün çalışırdı və heç kəsin şəxsi məqsəddən başqa heç bir fikri yox idi. Cəmiyyəti və onun böyük çətinliklərini heç bir adi şəxs nəzərə almırdı. Diqqətlərini cəlb edən yekanə şey vardısa, o da məvaciblərinin kəsilməməsi idi və buna çox diqqətlə yanaşırdılar. Camaat məvacibinin kəsilməsindən qorxub qəbilə başçılarının əmrlərini əyər-əskiksiz yerinə yetirirdi. Elə buna görə də, zülm və haqsızlıqla üzləşdikdə, heç bir e’tiraz etmirdilər.

İmam Hüseyn əleyhissəlamın inqilabı bu vəziyyəti tamamilə dəyişdirdi və cəmiyyət arasında şəhadət sünnəsini şəhadət ruhiyyəsini oyatdı. İmam Hüseyn (əleyhissəlam) öz inqilabı ilə müsəlmanların olacaq həyatı üzərindəki pərdəni kənara çəkərək onlara yeni bir yol göstərdi. Düzdür bu yolda çətinliklər, məhrumiyyətlər var ancaq rüsvay olmaq alçalmaq yoxdur.

İmam Hüseyn (əleyhissəlam) inqilabının cəmiyyətdə igidlik və hünər ruhiyyəsini oyatmasının tə’sir dərəcəsinin aydın olması üçün nəzərə almaq lazımdır ki İslam cəmiyyəti Aşura hadisəsi baş verməmişə qədər (“Hicr hərəkəti” kimi səthi e’tirazlar istisna olmaq şərti ilə) iyirmi il sükut içərisində yaşamış və nisbətən çox olan bu müddətdə inqilab üçün şəraitin hazırlanmasına baxmayaraq kiçik də olsa, belə bir ictimai e’tiraz baş verməmişdi.

Həzrət Müslim əleyhissəlamın gəlişi nəticəsində yaranmış Kufə camaatının hərəkatı da yalançı bir hədə-qorxu - Şam ordusunun gəlişi ilə dağıldı.



Kərbəla inqilabı cəmiyyətin dini vicdanını oyatdı və elə bir ruhiyyə dəyişikliyi əmələ gətirdi ki onun şüası hər tərəfi bürüdü. Bu da camaata öz din şəxsiyyət və şərafət hörmətini qorumaq camaat arasında itib batmış mübarizə ruhiyyəsini oyatmaq və ölmüş qəlblərə yeni nəfəs verib onları həyata qaytarmaq üçün kifayət edirdi. Bu dəyişiklik və oyanışın ilkin nümunəsi Abdullah ibn Əfif Əzdinin Kufədə etdiyi e’tiraz idi. İbn Ziyad döyüşdən sonra qələbə münasibətilə söylədiyi birinci çıxışını İmam Hüseyn əleyhissəlama nalayiq sözlər deməyə başladığı zaman kor bir kişi olan Abdullah ibn Əfifin e’tiraz sədası ilə üzləşdi.77 İbn Ziyad onun həbs olunmasını əmr etdi. Abdullahın qəbiləsindən olan adamlar onu aradan çıxarıb tez evə çatdırdılar. İbn Ziyad onu tutmaq üçün bir dəstə mə’mur göndərdi. Abdullah onlara qarşı şücaətlə müqavimət göstərsə də, axırda tutulub şəhadətə yetişdi.78

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin