Müaviyənin İmam Hüseyn əleyhissəlamın qiyamından nigarançılığı
Elə həmən günlərdə Müaviyə tərəfindən bir il Mədinəyə vali seçilmiş Mərvan ibn Həkəm Müaviyəyə yazır: «Əmr ibn Osman xəbər verib ki İraq və Hicazın nüfuzlu şəxsiyyətləri İmam Hüseyn əleyhissəlamın yanına get-gəl edirlər.» Daha sonra bildirmişdi: «Mən inanmıram ki o qiyam etməsin.» Mərvan məktubda əlavə edib demişdi: «Bu haqda axtarış aparmışam. Əldə olan mə’lumata görə hələ onun qiyam etmək fikri yoxdur. Ancaq inanmıram ki gələcəkdə də bu cür olsun. İndi bu barədə öz fikrini bildir.»
Müaviyə bu xəbəri eşitdikdən sonra Mərvanın məktubuna cavabından əlavə aşağıdakı məzmunda Hüseyn ibn Əli əleyhissəlama da bir məktub yazdı:
«Sənin gördüyün bə’zi işlər barədə mənə xəbər çatmışdır. Əgər bunlar doğrudursa mən səni bu işlərə layiq görmürəm. (Bu işlər sənə yaraşmaz.) And olsun Allaha kim bir nəfərlə əhd bağlasa gərək əhdinə vəfa etsin. Əgər mənə gəlib çatan xəbərlər yalan olarsa sən bu işə (əhdə vəfalı olmağa) ən layiq adamsan. Özündən muğayat ol və əhdinə vəfa et. Əgər mənimlə müxalifətçilik etsən müxalifətçiliklə əgər pislik etsən pisliklə üzləşərsən. Ümmətin arasında ixtilaf salmaqdan çəkin.»10