İmam hüseyn əleyhiSSƏlamin həyati


Yezidin təhrif olunmuş məsihiyyətə meyli



Yüklə 0,59 Mb.
səhifə28/54
tarix10.01.2022
ölçüsü0,59 Mb.
#107766
1   ...   24   25   26   27   28   29   30   31   ...   54

Yezidin təhrif olunmuş məsihiyyətə meyli




Bu deyilənlərdən əlavə, Yezid əsasən, məsihi tə’lim-tərbiyəsi ilə böyümüş ya da ən azı məsihiyyətə meylli olmuşdur. Ustad Abdullah Əlaili buna işarə edərək yazır:

«Yezidin məsihi tə’lim-tərbiyəsi altında böyüməsi haqda az da olsa, xəbərimiz yoxdur. Bəlkə də əziz oxucu bu məsələni ilk baxışda inkar edər. Ancaq Yezidin ana tərəfdən İslamdan qabaq məsihi olmuş Bəni–Kəlb qəbiləsindən olduğunu nəzər alsaq, daha buna təəccüb yeri qalmaz. Çünki bütün camaat bilir ki bir millətin əsas adət-ən’ənələri ictimai dəyərləri və mədəniyyətinin mənbəyi olan əqidəni tamamilə aradan aparmaq üçün uzun müddət vaxt lazımdır. Tarix bizə deyir ki Yezid gənclik dövrünə qədər bu qəbilədə böyümüşdü. Bunun mə’nası isə o deməkdir ki o tərbiyəçilərin diqqətini cəlb edən tərbiyə dövrünü belə bir mühitdə keçirmişdir. Beləliklə də, məsihiyyətdən tə’sir görməyindən əlavə, kəndin və səhranın təbiətinin çətinlikləri də onun ruhiyyəsinə qarışmışdı.

Bunlardan əlavə, bə’zi tarixçilərin o cümlədən məsihi alimi Lamensin «Müaviyə» və «Yezid» adlı kitablarında dediyinə görə Yezidin bə’zi ustadları Şam şəhərinin xristianlarından olmuşdur. Müsəlmanlara rəhbərlik etmək istəyən bir şəxsdə bu tərbiyənin mənfi tə’sirləri heç kimə na’məlum qalmayıb.»

Əlaili əlavə edərək deyir: «Yezidin məsihi şairi Əxtəli Ənsarı tə’nə edib danlamağa məcbur etməsinin eləcə də bütün tarixçilərin dediyinə görə oğlunu tərbiyələndirmək üçün bir nəfər məsihiyə tapşırmasının da səbəbi onun özünün məsihi tərbiyəsi görməsi nəticəsindədir.»35 Tarix şahiddir ki Yezidin özü məsihiyyətə olan meylini gizlətmir əksinə açıq-aşkar deyirdi: «Əgər şərab Əhmədin (İslam peyğəmbərinin) dinində haramdırsa onda onu Məsihin dininə əsasən iç.»36 (Əlbəttə, qeyd etmək lazımdır ki həqiqi xristian dinində də şərab içmək haram sayılır.)

Ümumiyyətlə, qeyd etmək lazımdır ki Roma imperiyası Bəni–Üməyyənin sarayında böyük nüfuz tapmışdı. Bə’zi Roma məsihiləri Şam sarayında məsləhətçi idilər. Tarixçilərin hamısı bir nəfər kimi deyir ki İmam Hüseyn (əleyhissəlam) Kufəyə tərəf hərəkət etdikdə Yezid romalı Sərcunun məsləhəti ilə o vaxtadək Bəsrənin valisi olan Übeydullah ibn Ziyadı (Bəsrəni də onun ixtiyarında saxlamaqla) Kufənin valisi tə’yin edir. O vaxta qədər Kufəyə No’man ibn Büşeyr başçılıq edirdi.37

İndi ki Yezidin alçaq siması və onun İslama qarşı olan düşmənçiliyi mə’lum oldu onda İmam Hüseyn əleyhissəlamın onun qanunsuz hökumətinə qarşı qaldırdığı inqilabın səbəbi yaxşı aydın olur. Başa düşürük ki Yezidin hökuməti təkcə irsi səltənət rejiminin bid’ətçisi baxımından deyil həm də Yezidin səlahiyyətsiz olduğu cəhətdən onun hökuməti İmam Hüseyn əleyhissəlamın yanında qeyri-qanuni hökumət sayılırdı. Buna əsasən, Müaviyənin ölümü ilə onun dövründəki maneələrin çəkildiyi bir vaxtda növbə İmam Hüseyn əleyhissəlamın müxalifətinə yetişmişdi. Əgər İmam Hüseyn (əleyhissəlam) Yezidə bey’ət etsəydi bu bey’ət Yezidin hökumətinə haqq qazandıran və onu şər’i sayan ən böyük sübut olardı.

İmam Hüseyn əleyhissəlamın müxalifətçiliyinin səbəbi o Həzrətin məktub və çıxışlarında açıq-aşkar görünür. İmam Hüseyn (əleyhissəlam) elə Mədinədəki ilk günlərdə ondan bey’ət almaq üçün çətinliklərlə üzləşdiyi zaman Yezidə bey’ət etmək məsələsini irəli sürən (Mədinə valisi) Vəlidin cavabında buyurdu: “İndi ki, müsəlmanlara Yezid kimi bir şəxsiyyət başçılıq edir onda İslamın fatihəsi oxunmalıdır.”38 Həmçinin, kufəlilərin məktublarına yazdığı cavabda müsəlmanların başçısının hansı xüsusiyyətlərə malik olmasını belə açıqladı: «...Müsəlmanların rəhbəri elə bir adam olmalıdır ki Allahın kitabına (Qur’ana) əməl etsin ədalətlə rəftar etsin haqqı müdafiə edərək bütün qüvvəsi ilə Allahın qayda-qanununa tabe olsun.»39


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin