2. Əbdülməlik ibn Mərvanın Həccaca əmri
Yə’qubi yazır:
«Əbdülməlik ibn Mərvan Hicaza vali tə’yin etdiyi Həccaca yazır: «Məni Əbu Talibin balalarının qanına bulaşdırma. Çünki mən özüm gördüm ki Əbu Süfyanın ailəsi onlarla mübarizə apardı axırda özləri məhv oldu.»50
Əbdülməlik ibn Mərvanın Bəni–Üməyyənin siyasətçi və fərasətli51 bir xəlifəsi olduğunu bildiyimiz halda və onun Kərbəla hadisəsindən beş il sonra hakimiyyət başına gəldiyini nəzərə aldıqda, bu e’tirafın hansı dəyərə malik olduğunu hiss edirik. Bu əmr göstərir ki Əbu Süfyanın ailəsi Əbu Talibin ailəsinə qarşı göstərdikləri bu qədər təcavüz və zorakılıqlara baxmayaraq, onlar yenə də öz çirkin məqsədlərinə nail ola bilmədilər. Onlara qalan isə təkcə üzüqaralıq və lə’nət oldu.
Dostları ilə paylaş: |