Zillət və alçaqlıqdan qurtarmaq izzət şərəf və azadlıq qazanmaq həqiqi təhriflər zülm və haqsızlara qarşı cəmiyyətdə əsaslı inqilab əmələ gətirmək üçün camaatı oyatmaq və ziyalılandırmaqdan başqa yol yoxdur. Deməli camaatın məs’uliyyət hiss etməsi üçün onları oyatmaq lazımdır. Bundan sonra inqilab öz-özünə yaranacaq.
Bu İmam Hüseyn əleyhissəlamın hərəkatının bir hissəsi idi. Birinci mərhələni özü və dostları şəhadətə çatmaqla yerinə yetirdilər. Ancaq inqilabın ikinci mərhələsi yə’ni Kərbəla inqilabını camaata çatdırmaq isə İmam Səccad (əleyhissəlam) və xanım Zeynəbin (səlamullahi əleyha) öhdəsində idi. Təkcə bu cür mübarizə ilə Bəni-Üməyyənin otuz neçə illik tör-töküntülərini aradan aparmaq Bəni–Üməyyəyə qarşı camaatı inqilaba çəkib Yezidin və Əməvilərin sarayını birdəfəlik yerindən tərpədib söküb-dağıtmaq olardı.
Əhli-beytin məzlumiyyətini ehtiva edən və Aşura gününün günortasından başlayan mübarizənin ikinci mərhələsi Həzrət Əli (əleyhissəlam) qızı xanım Zeynəbin (səlamullahi əleyha) Kufə bazarında ondan sonra isə elə həmən şəhərdə İmam Zeynül-abidin əleyhissəlamın kiçik və sadə lakin çox şüurlu və tə’sirli çıxışları ilə davam etdi.
Böyük əksəriyyəti əsirlərə tamaşa etməyə gəlmiş camaata İmam Səccad (əleyhissəlam) sakit olmalarını bildirdi. Hamı sakitləşdi. İmam Allaha həmd-səna etdikdən sonra buyurdu: «Camaat məni tanıyan tanıyır tanımayana isə indi özümü tanıtdıraram. Mən Əbu Talibin oğlu Əlinin oğlu Hüseyn oğlu Əliyəm. Mən hörmətini sındırdığınız mal-dövlətini qarət etdiyiniz və qohum-əqrəbasını əsir aldığınız şəxsin oğluyam. Mən Fərat çayı kənarında başı kəsilmiş adamın oğluyam. Halbuki, o nə bir kimsəyə zülm etmiş nə də kimə qarşısa hiylə işlətmişdi. Mən başı arxadan kəsilən şəxsin oğluyam. Bu mənim üçün böyük bir şərəfdir. Camaat siz atama məktub yazmadınızmı? Onunla bey’ət etmədinizmi? Onunla əhd-peyman bağladıqdan sonra onunla vuruşmağa başlamadınızmı? Nə pis iş nə pis düşüncə və hərəkətdir!
Əgər Allahın Peyğəmbəri sizə desə ki siz mənim övladlarımı öldürdünüz mənim hörmətimi qırdınız siz mənim ümmətimdən deyilsiniz onda nə üzlə ona baxarsınız?»
Bu qısa və ürəktitrədici sözlər o vahiməli və sıxıcı mühitdə tufan qaldırıb Kufə camaatının ruhunda elə tə’sir bağışladı ki dərhal hər tərəfdən şivən səsi ucaldı. Camaat bir-birinə deyirdi: “Bilmirsiniz bədbəxt oldunuz!” Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) buyurdu: «Mənim nəsihətimi qəbul edən və dediklərimi Allaha və Peyğəmbərinə xatir qulaqlarında sırğa edən şəxsi Allah bağışlasın. Bizim davranışımız Peyğəmbərin davranışı kimi olmalıdır. Çünki onun davranışı ən gözəl davranışdır.» Hamı dedi: “Ey Peyğəmbər balası! Biz sənə qulaq asır sənə itaət edib sənə vəfadarıq. Səndən ayrılmarıq kiminlə desən vuruşar kiminlə desən sülh edərik. Yezidi tutarıq. Biz zülmkarların sənə qarşı hərəkətinə nifrət edirik.” İmam Səccad (əleyhissəlam) buyurdu: «Heyhat (əsla) ey hiyləgərlər! Ey şəhvətlərinin (nəfslərinin) əsiri olanlar! Əcdadımla etdiyiniz rəftarı mənimlə də etmək istəyirsiniz? Yox, Allaha and olsun, hələ vurduğunuz yaradan qan axır, sinəm atam və qardaşlarımın ölümündən yaralıdır. Bu qəm-qüssənin acısı adamı boğur. Mənim qüssəm təsəlli tapmazdır. Sizdən istəyirəm ki nə bizdən nə də bizim əleyhimizə olasınız.»62
Dostları ilə paylaş: |