İmam hüseyn əleyhiSSƏlamin həyati



Yüklə 0,59 Mb.
səhifə47/54
tarix10.01.2022
ölçüsü0,59 Mb.
#107766
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

3. İslam ümmətində qiyam


İmam Hüseyn əleyhissəlamın böyük və hünər yaradan inqilabı İslam cəmiyyətində baş vermiş çoxsaylı qiyam və hərəkatların başlanğıcı oldu. İndi onlardan bir neçəsini oxucuların nəzərinə çatdırırıq.

a) Təvvabin qiyamı


İmam Hüseyn əleyhissəlamın şəhadətinin ilk müsbət nəticəsi Kufə şəhərində “Təvvabin” hərəkatı oldu. Elə ki İmam Hüseyn (əleyhissəlam) şəhadətə yetişib ibn Ziyad Nüxeylədəki hərbi hissəsindən şəhərə qayıtdı Aşura hadisəsində İmam Hüseyn əleyhissəlamın yanında olma fürsətini əldən vermiş şiələr özlərini möhkəmcə danladılar. Onlar indi başa düşdülər ki böyük səhvə yol veriblər. Çünki onlar əvvəl İmam Hüseyn əleyhissəlamı Kufəyə də’vət etmiş sonra isə ona kömək etməkdən imtina etmişdilər. İmam Hüseyn (əleyhissəlam) da onların bu də’vətinə əsasən, İraqa gəlmiş onların şəhəri yaxınlığında şəhadətə çatmış onlar isə heç yerlərindən belə tərpənməmişdilər. Onlar başa düşdülər ki İmam Hüseyn əleyhissəlamın qatillərindən qisas almayınca ya da bu yolda ölməyincə bu alçaqlıq ləkəsi onların üstündən götürülməyəcək. Bu fikrə əsasən, şiələr Kufədə olan beş nəfər rəhbərlərinin - Süleyman ibn Sürəd Xüzai Müsəyyib ibn Nəcəbə Fəzari Abdullah ibn Sə’d Nüfeyl Əzdi Abdullah ibn Val Təmimi və Rüfaə ibn Şəddad Bəcəlinin yanına getdilər. Süleyman ibn Sürədin evində məclis quruldu. Əvvəl Müsəyyib ibn Nəcəbə sözə başlayıb kiçik bir müqəddimədən sonra belə dedi: “...Biz həmişə öz mövhumi xeyirlərimizin ardınca olub öz dostlarımızı tə’rifləmişik. Ancaq Allahın Peyğəmbər balası üçün irəli çıxardığı bu imtahanda bizim yalanımız aşkar oldu. Biz bu imtahandan başıaşağı və xəcalətli çıxdıq və hər cəhətdən Peyğəmbər balasına soyuq yanaşdıq. Hüseyn (əleyhissəlam) – Peyğəmbər balası bizə məktublar yazdı qasidlər göndərdi və dəfələrlə istər aşkara istərsə də, gizlicə bizdən kömək istədi və hər cür bəhanənin qarşısını aldı. Biz isə onun yolunda canımızı əsirgədik. Nəticədə bizim qulağımız dibində (yaxınlığımızda) acınacaqlı şəkildə şəhid edildi. Biz o qədər süstlük etdik ki nə dil və əməlimizlə ona kömək etdik nə öz mal-dövlətimizlə onun köməyinə tələsdik nə də öz qəbilələrimizi onun köməyinə çağırdıq. İndi Allah və Onun Peyğəmbəri qarşısında nə üzrümüz var? And olsun Allaha, üzrümüz ancaq bu ola bilər ki ya Hüseyn əleyhissəlamın qatillərini öz cəzalarına çatdıraq ya da bu yolda ölək. Bəlkə Allah bizdən razı qala...”

Sonra isə bir neçə nəfər də sərt çıxışlar etdi. Daha sonra isə bu dəstəyə başçı seçilmiş Süleyman ibn Sürəd Xüzai aşağıdakı məzmunda bir çıxış etdi: “Biz Peyğəmbər ailəsinin gəlməsinin intizarında idik və onlara kömək və’dəsi verib İraqa gəlməsini dəstəklədik. Ancaq elə ki bizim istəyimiz yerinə yetdi və Peyğəmbər balası bizim diyara gəldi biz süstlük edib zəiflik göstərdik. Günü-günə satmaqla vaxt keçirib hadisələrin intizarında oturduq. Nəticədə də, Peyğəmbər balası şəhid edildi. İndi ayağa qalxın və qılınca əl atın! Çünki Allahın qəzəbinə düçar olmusunuz. Nə qədər ki Allahın Rizayətini cəlb etməmisiniz arvad-uşaqlarınızın yanına qayıtmayın. Peyğəmbər balasının qanını almayınca, Allah sizdən razı olmayacaq. Ölümdən qorxmayın. And olsun Allaha kim ki ölümdən qorxur o zillət və məğlubiyyətə məhkumdur. Gərək Bəni-İsrail kimi olasınız. Musa Peyğəmbər onlara buyurdu: “Siz buzova sitayiş etməklə həqiqətən özünüzə zülm etdiniz. Buna görə də, yaradanınıza tərəf üz tutaraq tövbə edin özünüzü (Tanrı bilən adamlarınızı) öldürün.”79

Bu yığıncaqdan sonra Süleyman ibn Sürəd, Sə’d ibn Hüzeyfə ibn Yəmana və digər Mədain şiələrinə məktub yazaraq hadisənin gedişatını onlara çatdırdı və onlardan kömək istədi. Onlar Süleymanın də’vətini qəbul etdilər. Həmçinin, Süleyman ibn Sürəd Müsənna ibn Müxrimə Əbdiyə və digər Bəsrə şiələrinə də məktub yazdı. Onlar da Süleymana müsbət cavab verdilər.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin