b) Muxtar qiyamı
Hicrətin altımış altıncı ili Muxtar ibn Əbu Übeyd Səqəfi İmam Hüseyn əleyhissəlamın qatillərindən intiqam almaq üçün İraqda qiyam etdi.
Həzrət Müslim (əleyhissəlam) Kufəyə gəldikdən sonra Muxtar onunla yaxından həmkarlıq edirdi. Həzrət Müslim əleyhissəlamın ibn Ziyad tərəfindən tutulub şəhid olması ilə həmzaman Muxtar da ibn Ziyadın əmrilə tutulub həbs edilmişdi. O Aşura hadisəsindən sonra (bacısının həyat yoldaşı) Abdullah ibn Ömərin Yezidin yanındakı vasitəçiliyi ilə həbsdən azad edildi. O vaxt Abdullah ibn Zübeyr Məkkədə qiyam qaldırıb özünü müsəlmanların xəlifəsi e’lan etdiyi üçün Muxtar da Məkkəyə tərəf yola düşüb Abdullah ibn Zübeyrlə əlbir oldu.
Hicrətin altımış dördüncü ili Yezidin ölümündən beş ay sonra Muxtar İraq camaatının Bəni-Üməyyə hökumətinə qarşı qiyama hazır olduğunu və onların Abdullah ibn Zübeyrin hakimiyyətinə meylsiz olduqlarını görüb Kufəyə gələrək öz fəaliyyətinə başladı.81
Dostları ilə paylaş: |