İmam hüseyniN (ələyhissalam)


إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ



Yüklə 0,77 Mb.
səhifə12/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   8   9   10   11   12   13   14   15   ...   79
إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ

»Allahın dərgahında ən üstün olanınız təqvalı olanlarınızdır«.5

Təqva - yəni Allahın qadağan etdiyi haramlardan çəkinib vacib buyurulan əməlləri yerinə yetirmək.

Yeri gəlmişkən belə “seyyid”-lər barəsində şahidi olduğum bir hadisəni qısa şəkildə hörmətli oxucuların nəzərinə çatdırmaq istərdim:

Bu hadisə 1991-1992-ci illərə təsadüf edir. Özünün dediyinə görə Moskvada jurnalist fakultəsində təhsil almış sonradan müəyyən səbəblərə görə Azərbaycana qayıtmış, əsli Şamaxı rayonundan olan seyyid Şirvani şəhərimizə1 gələrək özündə olan “İlahi bir vergi” olduğunu iddia edirdi. O, “Kimyaçılar” sarayında yerləşən zalı icarəyə alaraq korlara, karlara, lallara, şikəstlərə və s. əlacslz xəstələrə şəfa verdiyini elan etməklə yanaşı hər bir xəstənin altı seans (bir seansın qiyməti 50 manat idi) qəbul etməsini zəruri bilirdi. Əks halda həmin xəstənin şəfa tapmayacağını deyirdi. O, xəstəni (məxsusən körpəni anası ilə birlikdə) səhnəyə dəvət edərək əlini onun gözlərinə, yaxud qulaqlarına sürtərək birdən uca səslə zalda əyləşən tamaşaçılara üz tutaraq qışqırırdı: “Allahın izni ilə bu xəstə şəfa tapdı.”

Bunu eşidən zaldakıların əksəriyyəti ağlayır, “bu bir möcüzədir” deyə Allaha şükür edirdilər.

Seansların birində ondan namaz qılıb-qılmadığını soruşduqda belə cavab verdi: “Hər namaza durduğum zaman mələklər2 başımın üstünü kəsərək namaz qılmağıma imkan vermirlər.” Bu cümləsindən sonra onun fırıldaqçı olması üzə çıxdı.

Nəhayət iki aya yaxın seyyid Şirvaninin seansları bu minvalla davam etdi. Get-gedə camaat onun yalançı olduğunu baça düşüb oranı tərk etdilər. O da bu vəziyyəti görüb yığdığı pullarla başqa bir şəhərə hicrət etməli oldu.”

İlahi! On dörd Məsumun (ələyhimussalam) xatirinə, bizi həmişə doğru yola hidayət et, əxlaqımızı gözəlləşdir, elmimizi artır və bizləri əməli salehlərdən qərar ver! Amin, ya Rəbbəl aləmin.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin