İmam hüseyniN (ələyhissalam)


Üçüncü fəsil İMAM HÜSEYN (ələyhissalam) ƏHLİ- SÜNNƏ MƏNBƏLƏRİNDƏ



Yüklə 0,77 Mb.
səhifə13/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   9   10   11   12   13   14   15   16   ...   79

Üçüncü fəsil

İMAM HÜSEYN (ələyhissalam) ƏHLİ- SÜNNƏ MƏNBƏLƏRİNDƏ


Məşhur “Kəşşaf” təfsirinin müəllifi Zəməxşəri “Rəbiul-əbrar” kitabında belə nəql edir: “Fatiməyi-Zəhra (salamullahi ələyha) övladları Həsən və Hüseyn (ələyhiməssalam) ilə birlikdə Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) hüzuruna gəlib ərz etdi: Ey Allahın elçisi, övladlarıma hədiyyə verməyinizi istəyirəm. Həzrət buyurdu: Atan sənə fəda olsun, hədiyyə etməyə bir malım yoxdur.

Sonra Həsəni (ələyhissalam) qucaqlayıb öpdü və sağ ayağında əyləşdirib buyurdu: Vücudumun əxlaq və heybətini ona hədiyyə etdim. Daha sonra Hüseyni (ələyhissalam) qucaqlayıb öpdü və sol ayağında əyləşdirib belə buyurdu: Vücudumun şücaətini isə buna hədiyyə etdim.”1

Əbu Hüreyrə deyir: “Allahın Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) Hüseyn ibni Əlini (ələyhiməssalam) qucağına alıb belə buyurardı: Pərvərdigara, bu uşağa məhəbbətim var, elə isə Sən də ona məhəbbət bəslə.”2

Hafiz əbu Nəim İsfahani Ömər ibni Xəttabın dilindən belə rəvayət edir: “Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur: Həsən və Hüseyn Behişt cavanlarının ağalarıdır.”3

Aişədən belə nəql olunur: “Peyğəmbərə (salləllahu ələyhi və alihi və səlləm) vəhy olunan zaman Hüseyn özünü O Həzrətin üstünə atdı və belinə çıxdı. Cəbrayıl (ələyhissalam) soruşdu: Ey Allahın elçisi, onu sevirsənmi? Həzrət buyurdu: İnsan öz övladını sevməzmi? Cəbrayıl (ələyhissalam) ərz etdi: Ümmətin Səndən sonra onu öldürəcəklər.

Sonra vəhy mələyi Peyğəmbəri-Əkrəmə (salləllahu ələyhi və alihi və səlləm) bir ovuc ağ torpaq verib dedi: “Təff” adlanan yerdə Sənin bu övladını şəhadətə yetirəcəklər. Cəbrayıl (ələyhissalam) çıxıb gedəndən sonra Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) ağlayan gördüm. Mənə baxıb buyurdu: Ey Aişə, Cəbrayıl xəbər verdi ki, ümmətim məndən sonra yolunu azacaq və övladım Hüseyni Təff çölündə qətlə yetirəcəklər. Sonra ağlar vəziyyətdə aralıqda duran səhabələrinə - Əli, Əbu Bəkr, Ömər, Hüzeyfə, Əmmar və Əbu Zərə tərəf getdi. Onlar Peyğəmbərdən (salləllahu ələyhi və alihi və səlləm) soruşdular: Ya Rəsulallah, nə üçün ağlayırsınız? Buyurdu: Cəbrayıl xəbər verdi ki, ümmətim məndən sonra övladım Hüseyni Təff çölündə şəhid edəcəklər və bu torpağı verib dedi ki, bu torpaq olan yerdə dəfn ediləcəkdir.”1

İbni Kəsir yazır: “Allahın Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) Həsən və Hüseynə yüksək ehtiram göstərər və onlara məhəbbət bəsləyərdi. O uşaq olmasına baxmayaraq həmişə babası ilə, hətta Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) dünyasını dəyişənə kimi onunla yanaşı idi. Buna görə də Hüseyn (ələyhissalam) O Həzrətin səhabələrindən hesab olunur.”1

Bir nəfər Abdullah ibni Ömərdən Məhərrəm ayında milçəyi öldürmək barədə soruşduqda o, cavab verdi: “Camaat Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) qızının öğlunun öldürülməsi haqqında deyil, adi bir milçəyin ölümü barəsində soruşurlar. Halbuki, Peyğmbər (salləllahu ələyhi və alihi və səlləm) belə buyurmuşdur: Onlar (Həsən və Hüseyn) bu dünyada mənim ətirli güllərimdir.”2

Şeyx Muhəmməd ibni Muhəmməd Məxluq Maliki yazır: “Hüseyn (ələyhissalam) fəzilət sahibi idi. O, çoxlu namaz qılar və oruc tutardı. Həyatı boyu iyirmi altı dəfə Allahın evini ziyarət etmişdi.”3

İbni Səbbağ İmam Hüseynin (ələyhissalam) mərdliyi haqqında yazır: Ənəs deyir ki, İmam Hüseynin (ələyhissalam) xidmətində idim. Bu zaman bir kəniz əlində gül içəri daxil oldu və yaxınlaşıb O Həzrətə hədiyyə etdi. İmam (ələyhissalam) buyurdu: Səni Allah yolunda azad etdim.

Ona dedim: Bu kəniz heç də mühüm bir iş görmədi, nə üçün onu azad etdiniz? Buyurdu: Allahın kəlamını eşitməmisənmi? Quran buyurur:


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin