İmam hüseyniN (ələyhissalam)


وَإِذَا حُيِّيْتُم بِتَحِيَّةٍ فَحَيُّواْ بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا



Yüklə 0,77 Mb.
səhifə14/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   10   11   12   13   14   15   16   17   ...   79
وَإِذَا حُيِّيْتُم بِتَحِيَّةٍ فَحَيُّواْ بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا
»Sizə salam verildikdə siz ondan daha gözəl və yaxud onun kimi bir salam(la cavab) verin. «(Nisa surəsi, ayə 86).4

İyirminci əsrdə yaşamış yazıçı və tarixçi Abbas Mahmud Uqqad Misri yazır: “İmam Hüseyndə (ələyhisalam) olan şücaət heç də təəccüblü deyil, çünki Onun şücaəti qızıl mədənindən xaric olan qızıla bənzəyir. Yəni Hüseyn (ələyhisalam) şücaət mədənidir. O, bu fəziləti Öz ata-babasından irs aparmış və Öz övladlarına da bu irsi qoymuşdur. Əlbətdə ki, Adəm övladları arasında Hüseyn (ələyhissalam) kimi şücaətli birisi tapılmamışdır. Məhz buna görə yüz illərdir ki, dünyada Onun kimi şəhid, şəhidin övladı və şəhidin atası yoxdur.”2

İbni Xəldun yazır: “Yezidin İmam Hüseyni (ələyhissalam) öldürməsində demək olmaz ki, o ictihad edib və təqsiri yoxdur. Xeyr, belə deyil. Çünki heç bir səhabə O Həzrətin əleyhinə qiyam etmədi və Onun öldürülməsinə razı deyildilər. Əksinə, Yezid İmam Hüseynin (ələyhissalam) əleyhinə qiyam etdi və Onunla vuruşdu. Yezidin bu əməli onun fasiq olmasına aşkar bir dəlildir və onun ədalətsiz olmasını sübut edir. Hüseyn (ələyhissalam) isə zalım bir hakimə qarşı qiyam etdi.”3

Şeyx Muhəmməd Əbduh belə yazır: “İmam Hüseyn (ələyhissalam) Yezidin höküməti qarşısında dayandıığı kimi yer üzündə zalım hakimiyyət olduğu təqdirdə Allahın qanunlarını, ədaləti bərpa etmək və “Ədalətli Hökümət”i qurmaq üçün hər bir müsəlmana vacibdir ki, ayağa qalxıb əlindən gələn yardımı əsirgəməsin.”1

Bir daha kitabın beşinci fəslində əhli-sünnə alimlərinin nəq etdiyi bəzi rəvayətlər qeyd olunacaqdır.

«Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi bizim (də) boynumuza qoyma! Ey Rəbbimiz, (Axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim mövlamızsan, odur ki, bizə kafirlərin dəstəsi üzərində (qələbə çalmağa) kömək et!».2


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin