İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə22/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   18   19   20   21   22   23   24   25   ...   79

MƏLƏYİN ŞƏFA TAPMASI


Üzümün mövsümü hələ gəlib çatmamış Peyğəmbəri-Əkrəm (sallallahu ələyhi və alihi və səlləm) üçün Behiştdən təzə üzüm salxımı gətirildi. O Həzrət Salmana buyurdu: “Ey Salman! İki övladım Həsən və Hüseyni yanıma gətir! İstəyirəm onlarla birlikdə üzüm yeyəm.”

Salman Farsi deyir: “Mən Fatimeyi-Zəhranın (ələyhəssalam) evinə yollandım. Həsəneyni (ələyhiməssalam) səslədim, lakin onlar evdə yox idilər. Onların xalası Ümmü Gülsümgilə getdim. Yenə də Onları tapa bilmədim. Nəhayət Peyğəmbərin (sallallahu ələyhi və alihi və səlləm) hüzuruna yetişdim və cərəyanı Həzrətə söylədim.

Peyğəmbəri-Əkrəm (sallallahu ələyhi və alihi və səlləm) narahat olub yerindən qalxdı və buyurdu: “Ah mənim övladlarım! Ah mənim gözümün nurları!” Sonra əlavə etdi: “Hər kəs məni onlara çatdırsa, Behişti ona vacib olacaq.”

Sonra Allah-təala Cəbrayıl mələyi (ələyhissalam) asimandan yer üzünə göndərdi. O, Peyğəmbərdən (sallallahu ələyhi və alihi və səlləm) soruşdu: “Ey Allahın Elçisi! Nə üçün belə narahatsız?”

Həzrət buyurdu: “Yəhudilərin övladlarım Həsən və Hüseynə hiylə etməsinə görə narahatam.”

Cəbrayıl (ələyhissalam) dedi: “Ey Allahın Peyğəmbəri! Münafiqlərin hiylə və məkrindən ehtiyat et, çünki onların xətəri yəhudilərin xətərindən çox-çox təhlükəlidir. Allah-təala mənə xəbər verdi ki, Həsən və Hüseyn “Dəhdah” bağındadırlar.

Həzrət bu sözü eşidən kimi bağa tərəf hərəkət etdi. Mən də Peyğəmbərlə (sallallahu ələyhi və alihi və səlləm) birlikdə idim. Bağa daxil olduqda Həsəneynin (ələyhiməssalam) qucaqlaşmış vəziyyətdə yatdığını və Onların kənarında isə bir ilanın durduğunu gördük. Həmin ilan Həzrət gördükdə ərz etdi: “Salam olsun Sizə, ey Allahın Elçisi! Mən ilan deyiləm. Allahın müqərrəb mələklərindən biriyəm. Mən bir göz qırpmaq miqdarında Allahın zikrindən qafil olduğum üçün Allah-təala mənə qəzəblənib ilan cildinə döndərdi və yer üzünə endirdi. Uzun illərdir ki, Allah yanında kəramətli və sevimli bir şəxsin həsrətindəyəm. İstəyirəm ki, O, mənim üçün Allah dərgahında şəfaətçi olsun. Bəlkə buna görə Allah-təala xətamı bağışlayıb əvvəlki surətimə qaytarsın. Həqiqətən O, hər şeyə Qadirdir.”

Sonra Peyğəmbəri-Əkrəm (sallallahu ələyhi və alihi və səlləm) Onların yuxudan oyanmasına qədər əyləşib gözlədi. Nəhayət Həsəneyn (ələyhiməssalam) yuxudan ayıldıqda Həzrətin dizləri üstə əyləşdilər. O Həzrət ilana işarə edib hər ikisinə buyurdu: “Ey övladlarım! Bu biçarəyə baxın!”

Onlar soruşdu: “Ey bizim cəddimiz! Bu kimdir?”

Buyurdu: “Bu, Allah-təalanın muqərrəb1 mələklərindən biridir. Bir an Allahın zikrindən qafil olduğuna görə bu şəklə düşmüşdür. İndi isə mən ona sizin vasitənizlə Allah dərgahında şəfaətçi olub sizi şəfi qərar verirəm. Buna görə də onun üçün dua edib, ona şəfaətçi olun!”

Bunu eşidən Həsəneyn (ələyhiməssalam) ayağa qalxıb dəstəmaz aldılar. İki rükət namaz qıldıqdan sonra bu duanı etdilər: “İlahi! Səni and veririk, sevimli və əziz cəddimiz Muhəmməd Mustafanın (sallallahu ələyhi və alihi və səlləm) xatirinə, atamız Əli Murtəzanın (ələyhissalam) xatirinə və anamız Fatimeyi-Zəhranın (ələyhəssalam) xatirinə onu əvvəlki halına qaytar.”

Onların duası tamam olmamış Cəbrayıl (ələyhissalam) bir dəstə mələklə yer üzünə endilər və məsx olmuş (başqa cildə düşmüş) mələyə Allah-təalanın onu bağışlanması müjdəsini verdilər. Sonra asimana qalxa-qalxa təsbih deməyə başladılar.

Yenidən Cəbrayıl mələk (ələyhissalam) gülərüz vəziyyətdə Peyğəmbəri-Əkrəmin (sallallahu ələyhi və alihi və səlləm) hüzuruna qayıtdı və dedi: “Ey Allahın Elçisi! Həmin mələk yeddi asimanın bütün mələklərinə fəxr edib deyir: “Hansı mələk mənim kimidir? Bir halda ki, mən iki cavan seyyidin şəfaətinə nail olmuşam.”2


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin