İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə23/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   19   20   21   22   23   24   25   26   ...   79

BEHİŞT LİBASLARI


Peyğəmbərin (sallallahu ələyhi və alihi və səlləm) xanimlarından olan Ümmü Sələmə deyir: “Gördüm ki, Allahın Elçisi (sallallahu ələyhi və alihi və səlləm) bu dünyada tayı-bərabəri olmayan bir libası İmam Hüseynə (ələyhissalam) geyindirdi. Mən bu barədə soruşdum. Həzrət buyurdu: “Bu, Allah-təalaın Hüseynə olan hədiyyəsidir və mən də bunu ona geyindirdim.”1

Başqa bir rəvayətdə deyilir: “Bayram günlərinin birində Həsəneyn (ələyhiməssalam) Peyğəmbərin (sallallahu ələyhi və alihi və səlləm) xidmətinə yetişdilər və Həzrətdən özləri üçün təzə bir libas istədilər. Bu vaxt Cəbrayıl mələk (ələyhissalam) Onların hərəsinə tikilmiş ağ bir libas gətirdi. Lakin Həsəneyn (ələyhiməssalam) rəngli paltar istədilər. Sonra Peyğəmbəri-Əkrəm (sallallahu ələyhi və alihi və səlləm) bir teştin gətirilməsini tələb etdi. Teşt hazır olduqda Cəbrayıl (ələyhissalam) ona su töküb həmin libasların rəng alması üçün onları suyun içinə saldı. Həzrət Muctəba (ələyhissalam) yaşıl rəngli, Həzrət Seyyiduş-şuhəda (ələyhissalam) isə qırmızı rəngli paltar istədilər. Bu zaman Cəbrayıl (ələyhissalam) ağladı və gələcəkdə hər iki qardaşın şəhadətə qovuşacaqlarını xəbər verib dedi: “İmam Həsən (ələyhissalam) zəhər vasitəsi ilə şəhid olacaq və Onun mübarək bədəni yaşıl olacaq, İmam Hüseynin (ələyhissalam) mübarək bədəni isə qana bulaşıb şəhid olacaqdır.”2



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin