İmam hüseyniN (ələyhissalam)


YAPIŞMIŞ ƏTLƏRİN AYRILMASI



Yüklə 0,77 Mb.
səhifə27/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   23   24   25   26   27   28   29   30   ...   79

YAPIŞMIŞ ƏTLƏRİN AYRILMASI


Mərhum şeyx Tusi “Təhzibul-əhkam” kitabında yazır: “İmam Sadiq (ələyhissalam) belə buyurur: “Bir qadın Kəbəni ziyarət etməklə məşqul idi. Bu zaman o, biləyini çadrasının altından çölə çıxartdı. Qadının arxa tərəfində təfaf edən bir kişi öz əlini həmin qadının biləyinin üstünə qoydu. Hər şeyə qadir olan Allah kişinin əlini qadının biləyinə yapışdırdı.

Hacılar bu hadisədən xəbərdar olub təfafı saxladılar. İş o yerə gəlib çatdı ki, kişi ilə qadını əmirin yanına apardılar. Əmir İslam fəqihlərindən bir hökmün çıxarılmasını tələb etdi. Onlar dedilər: “Gərək kişinin əli kəsilsin!”

Əmir bununla razılaşmayıb dedi: “Burada Allahın Peyğəmbəri Muhəmməd Mustafanın (sallallahu ələyhi və alihi və səlləm) övladlarından bir kəs yoxdurmu?”

Dedilər: “Var, elə bu gecə Peyğəmbərin (sallallahu ələyhi və alihi və səlləm) nəvəsi İmam Hüseyn (ələyhissalam) şəhərə daxil olmuşdur.”

Bunu eşidən əmir, O Həzrətin dalınca bir nəfəri göndərib bura gəlməsini xahiş etdi.

İmam Hüseyn (əlyhissalam) təşrif gətirdikdə əmir ondan bu işə bir çarə etməsini istədi.

İmam (əlyhissalam) qibləyə tərəf dönüb mübarək əllərini asimana səmaya qaldırdı. Bir müddət dua və razi-niyazla məşğul olduqdan sonra kişi ilə qadının yanına gəlib yapışmış ətləri biri-birindən ayırdı.”1


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin