İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə29/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   25   26   27   28   29   30   31   32   ...   79

ÖLÜNÜN DİRİLMƏSİ


Gözləri yaşlı vəzyətdə olan cavan bir oğlan səhabələri ilə bir yerdə olan İmam Hüseynin (ələyhissalam) hüzuruna yetişdi. Həzrət onu bu halda gördükdə soruşdu: “Nə üçün ağlayırsan?”

Cavan dedi: “Bir az bundan əvvəl anam vəsiyyət etmədən dünyasını dəyişdi. Ondan çoxlu var-dövlət qalıbdır. Anam ölməmişdən qabaq mənə əmr etdi ki, onun ölümünü Sizə xəbər verməmiş həmin var-dövlətdən istifadə etməyim. Mən də anamın əmrini yerinə yetirmək üçün Sizin hüzurunuza gəldim.”

İmam Hüseyn (ələyhissalam) səhabələrinə buyurdu: “Həmin qadının yanına getmək üçün ayağa qalxın!”

Sonra hamı birlikdə vəfat etmiş qadının evinə yola düşdülər. Evin qapısına çatdıqda İmam Allah-təalaya dua edib həmin qadının dirilməsini və vəsiyyət etməsini istədi. Həzrətin duasından sonra ölmüş qadın Allah-təalanın izni ilə dirilib əyləşdi. Kəlmeyi-şəhadəti dilə gətirib İmam Hüseynə (ələyhissalam) belə xitab etdi: “Ey mənim mövlam, buyurun içəri!”

Onlar evə daxil oldular. Həzrət qadına buyurdu: “Allah sənə rəhmət eləsin, vəsiyyətini söylə!”

Qadın dedi: “Ey Peyğəmbər övladı! Mənim filan yerdə filan qədər var-dövlətim var. Onun üçdə bir hissəsini sizin ixtiyarınızda, yerdə qalan üçdə ikisini isə oğlumun ixtiyarında qoyuram. Lakin o, sizin düşmən və müxaliflərinizdən olsa, həmin maldan istifadə etməyə haqqı yoxdur və onların hamısı sizə məxsusdur.”

Sonra qadın İmam Hüseyndən (ələyhissalam) onun üçün meyyit namazını qılmasını xahiş etdi və gözlərini yumub dünyasını dəyişdi.1


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin