Əhli fəzlə bəllidir kəraməti Hüseynin,
Yer-göyü heyran qoyub cəlaləti Hüseynin!
Zalıma baş əymədi, zülmə tabe olmadı,
Məşhur oldu cahanda, cəsarəti Hüseynin!
Kərbəla müsibəti səs salib aləmlərə,
Həkk olubdu qəlblərə hərarəti Hüseynin!
Əlinin nuri çeşmi Peyğəmbər balasıdır,
Fatimənin tacıdır ləyaqəti Hüseynin!
Haşimilər nəslinin mübarək övladıdır,
Pakdır nəsli şərəfi, nəcabəti Hüseynin!
Fəda etdi canını, övladını din üçün,
İdraka sığmaz oldu, dəyanəti Hüseynin!
Şəhid oldu dostlari, tək qaldı meydan içrə,
Yenə də sarsılmadı, rəşadəti Hüseynin!
Əbbasi namdarə bərabər igid olmaz,
Zeynəbi Kubrada var, mətanəti Hüseynin!
Şibhi rəsul olubdu Əli Əkbər balası,
Keçibdir Ona irsən, şücaəti Hüseynin!
Həbib tək ixtiyari, Qasimi nocəvani,
Əli Əsğərdi gülü, təravəti Hüseynin!
Varis olan elminə, helminə Səccadı var,
Qaldı Ruqəyyəsində, nəzakəti Hüseynin!
Doqquz İmam babası, şəhidlərin ağası,
Mehdi kimi varıdır, sərafəti Hüseynin!
Altı güşə məzarı aşiqlərə qiblədir,
Arzular qapısıdır, ziyarəti Hüseynin!
Mələkləri heyrətə saldı Hüseyn şövkəti,
Nə yerdə var, nə göydə, şəbahəti Hüseynin!
Yəvmi cəza Rövşənə nəzər qılsa Sahibi,
Nəsib olar halına, səfaəti Hüseynin! 1
Dostları ilə paylaş: |