İmam hüseyniN (ələyhissalam)


BAŞLARI KƏSİLMİŞ BEŞ ATIN DİRİLMƏSİ



Yüklə 0,77 Mb.
səhifə30/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   26   27   28   29   30   31   32   33   ...   79

BAŞLARI KƏSİLMİŞ BEŞ ATIN DİRİLMƏSİ


İmam Hüseynin (ələyhissalam) dövründə təbiblərdən biri məlun Müaviyə və Yezidin xilafətinə inanırdı. Bir gün İmamın tərəfdarlarından biri ona dedi: “Yezid atası Müaviyə və babası əbu Süfyan kimi fasiq və zalımdır. Lakin zamanın İmamı və həqiqi xəlifə olan Hüseyndə (ələyhissalam) isə bütün yaxşı sifətlər cəm olmuşdur. O Həzrətin üstün sifətlərindən biri də budur ki, öz malını ehtiyacı olanlara, kasıblara və dul qadınlara vəqf edir. Amma bu sifət Yeziddə mövcud deyil.”

Onun bu sözləri təbibi düşündürdü və özü-özünə dedi: “Mən bu şəxsin söylədiklərini imtahan edəcəyəm. Əgər düz demiş olsa, mən Hüseynin (ələyhissalam) tərəfdarlarından olacağam.”

Həmin təbibin qonşuluğunda dul bir qadın yaşayırdı və onun bir oğlu var idi. Çox keçmədi ki, qadın xəstələndi. Öz oğlunu həmin təbibin yanına göndərib xəstəliyinə əlac etməsini xahiş etdi. Təbib oğlana dedi: “Sənin ananın dərmanı filan rəngli atın ciyəridir.”

O yetim dedi: “Axı mən atın ciyərini haradan tapım?”

Təbib İmam Hüseyni (ələyhissalam) imtahan etmək üçün belə dedi: “Hüseyn ibni Əlinin (ələyhiməssalam) yanına get və ondan istə!”

Oğlan da İmam Hüseynin (ələyhissalam) yanına gəlib cərəyanı olduğu kimi danışdı.

Həzrət atlarından birinin kəsilməsini və ciyərinin həmin oğlana verilməsini əmr etdi.

Oğlan ciyəri alıb təbibin yanına qayıtdı. Təbib soruşdu: “O at hansı rəngdə idi?”

Dedi: “Sən dediyin rəngdə.”

Təbib bəhanə gətirib dedi: “Bu rəngli atın ciyəri yaxşı deyil, filan rəngli atın ciyəri yaxşıdır.”

Yetim oğlan yenə ikinci dəfə İmamın yanına gəlib təbibin sözlərini ona çatdırdı. Həzrət yenə də başqa bir atın kəsilib onun ciyərini həmin oğlana verilməsini tapşırdı.

Oğlan təbibin yanına gəldikdə təbib yenə bir bəhanə ilə onu İmamın yanına göndərdi. Beləliklə, bu iş beş dəfə təkrar olundu. Hər dəfə də İmam bir atın öldürülməsini və ciyərini həmin oğlana verilməsini əmr etdi.

Nəhayət təbib İmam Hüseynin (ələyhissalam) bu əxlaqi kəramətini müşahidə etdikdə ayağa qalxdı və O Həzrətin evinə tərəf yollandı. Qapını döyüb içəri daxil olması üçün icazə istədi. Həzrət ona izn verdikdə təbib İmam Hüseyndən (ələyhissalam) xidmətçilərinin onu tövləyə aparmasını xahiş etdi. Onu tövləyə gətirdikdə beş ədəd başı kəsilmiş atı görüb onlardan soruşdu: “Nə üçün bu atların başı kəsilmişdir?”

Dedilər: “Yetim bir oğlanın anası xəstə idi və şəfası atın ciyəri olduğu üçün bir təbibin göstərişi ilə kəsilmişdir.”

Bunu eşidən təbib evin qapısının bir küncündə əyləşib fikrə getdi.

Nəhayət İmam Hüseyn (ələyhissalam) həyətə çıxdı. Təbib cəld ayağa qalxıb Həzrətin mübarək əllərini və ayaqlarını öpməyə başladı. Onun barəsində pis güman etdiyinə görə üzr istədi. Sonra başına gələnləri və Onu imtahan etmək cərəyanını açıqladı.

Həzrət buyurdu: “Gəl bura, sənə üstün olan bir şeyi nişan verim!”

İmam Hüseyn (əəyhissalam) əllərini asimana qaldırıb ərz etdi: “Pərvərdigara! Mən Sənin razılığın üçün bu atları öldürdüm. Sən isə bunları diriltməyə Qadirsən. Əgər biz Əhli-beytin Sənin dərgahında məqam və mənziləti varsa, babam Mustafa, atam Əli Murtəza, anam Fatimeyi-Zəhra və qardaşım Həsən Müctəbanın xatirinə bu atları dirilt!”

Həzrətin duası sona çatan kimi başları kəsilmiş beş at dirilib ayağa qalxdılar.1


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin