İmam hüseyniN (ələyhissalam)


TEYYUL ƏRZ 2 VƏ QƏRİBƏ MƏNZƏRƏ



Yüklə 0,77 Mb.
səhifə31/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   27   28   29   30   31   32   33   34   ...   79

TEYYUL ƏRZ 2 VƏ QƏRİBƏ MƏNZƏRƏ


Həzrət Əlinin (ələyhissalam) yaxın səhabələrindən olan Əsbəğ ibni Nəbatəh deyir: “İmamın şəhadətindən bir müddət sonra Kufə şəhərinə getdim. Həzrət Əba Əbdillahil Hüseynin (ələyhissalam) xidmətinə yetişib dedim: “İnandığım və etiqad bəslədiyim bir məsələni sizdən soruşmaq istəyirəm. Əgər icazə versəniz, onu deyərdim.”

Mən həmin mövzunu açıqlamamışdan qabaq İmam Hüseyn (ələyhissalam) buyurdu: “Ey Əsbəğ! Sənin istəyin budur ki, cəddim Rəsuli-Əkrəmin (sallallahu ələyhi və alihi və səlləm) Quba məscidində Əbu Bəkrlə etdiyi rəftarını sənə nişan verim?”

Cavab verdim: “Bəli, ey Peyğəmbər övladı! Mənim istədiyim elə budur.”

İmam buyurdu: “Ayağa qalx!”

Mən yerimdən qalxdım və bir anın içində Quba məscidində olduğumu anladım. Buna çox təəccüb etdim.

İmam Hüseyn (ələyhissalam) təbəssüm edərək buyurdu: “Ey Əsbəğ! Küləyin gücü Həzrət Süleyman ibni Davudun ixtiyarında və Onun nəzarəti altında idi. Belə ki, O, uzun bir məsafəni sürətlə tez bir zamanda qət edirdi. Təharət və ismət mənbəyi sayılan biz Əhli-beyt isə bütün elm və fəzilətlərə malikik. Hətta Həzrət Suleymanın bildiklərindən də çox hər bir şeyə alim və agahıq.”

Ərz etdim: “Bunları təsdiq edirəm. Sizin bir an içində Kufədən Məkkəyə “teyyul ərz” etməniz buna bir daha sübutdur.”

İmam buyurdu: “Biz Əhli-beyt Allah-təalanın sirrlərinə və elmlərinə məhrəmlərik.”1

Dedim: “Allah məni Siz Əhli-beytin (ələyhimussalam) dostlarından qərar verdiyi üçün Ona şükr edirəm.”

Sonra İmam Hüseyn (ələyhissalam) buyurdu: “Məscidə daxil ol!”

Mən məscidə daxil olduqda çiyninə əba atmış Həzrət Muhəmmədin (sallallahu ələyhi və alihi və səlləm) mehrabda əyləşdiyini və İmam Əlinin (ələyhissalam) də Əbu Bəkrin yaxasından tutduğunu gördüm.

Peyğəmbəri-Əkrəm (sallallahu ələyhi və alihi və səlləm) Əbu Bəkrə buyurdu: “Ey Əbu Bəkr! Sən və sənin tərəfdarların məndən sonra nalayiq və pis əməllərə mürtəkib olacaqsınız. Sizə həm Allahın lənəti və həm də mənim lənətim olsun.”1



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin