İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə34/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   30   31   32   33   34   35   36   37   ...   79

MÜSİBƏTİN YAD EDİLMƏSİ


Həzrət Adəm (ələyhissalam) ərşə nəzər saldıqda beş nəfər “Ali əba”nın müqəddəs adlarını müşahidə etdi. Cəbrayıl mələk (ələyhissalam) bu adların kimlər olduğunu Ona bəyan etdi və tövbəsinin qəbul olması üçün Adəm Peyğşmbərə (ələyhissalam) bu duanı öyrətdi:
یَا حَمِیدُ بِحَقِّ مُحَمَّدٍ یَا عَالِی بِحَقِّ عَلِیٍّ یَا فَاطِرُ بِحَقِّ فَاطِمَةَ یَا مُحْسِنُ بِحَقِّ الْحَسَنِ وَ الْحُسَیْنِ وَ مِنْکَ‏ الْإِحْسَان

Ya Həmid, bihəqqi Muhəmməd, ya Ali, bihəqqi Əli, ya Fatir, bihəqqi Fatimə, ya Muhsin, bihəqqil Həsən vəl Hüseyn və minkəl ihsan.”

Ya Həmid! Səni and verirəm Muhəmmədin xatirinə! Ya Ali, Səni and verirəm Əlinin xatirinə! Ya Fatir! Səni and verirəm Fatimənin xatirinə! Ya Muhsin! Səni and verirəm Həsən və Hüseynin xatirinə! Ehsan yalnız Səndəndir.

Elə ki, Həzrət Adəm (ələyhissalam) beşincinin adını dilinə gətirdikdə, qəlbi kövrəldi və istər-istəməz gözündən yaş axmağa başladı. Soruşdu: “Nə üçün bu ad qəlbimi sızladıb məni ağladır?”

Bu vaxt Cəbrayıl mələk (ələyhissalam) İmam Hüseynə (ələyhissalam) mərsiyə oxumağa başladı. Bunu eşidən Adəm Peyğəmbər (ələyhissalam) və bütün mələklər ağlaşdılar.

Cəbrayıl mələk (ələyhissalam) dedi: “Haqq və ədalət yolunda övladın Hüseynin (ələyhissalam) başına elə bir müsibət gələcəkdir ki, bütün müsibətlər onun bərabərində çox kiçikdir.”

Həzrət Adəm (ələyhissalam) soruşdu: “O müsibət nədir?”

Mələk dedi: “O, yalqız, tənha, qərib, kimsəsiz və susuz bir vəziyyətdə şəhadətə yetişəcəkdir. Ey Adəm! Kaş Onu həmin qəmgətirən məkanda görəydin. Onun fəryadı asimanları bürüyür, lakin dadına yetişən olmur. Ona qılınc və nizə vurulur, mübarək başını bədənindən ayırıb nizəyə taxır, xeymələri qarət edib od vururlar. Onun müqəddəs başını əsir tutulmuş vəhy evinin qız-gəlinləri və səhabələri ilə birlikdə şəhərin küçələrində gəzdirirlər.”1



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin