Həzrət Nuhun (ələyhissalam) gəmisi Kərbəla diyarına yetişdikdə dalğalar təlatümə gəldi və gəmi güclü təkanlara məruz qaldı. Həzrət gəminin qərq olmasından qorxdu. O, Allah-təalaya ərz etdi: “Pərvərdigara! Bütün dünyanı rahatlıqla seyr etdim, lakin belə narahatlıq keçirmədim. Bunun səbəbi nədir?”
Cəbrayıl mələk (ələyhissalam) nazil olub dedi: “Bura İmam Hüseynin (ələyhissalam) şəhadətə yetişəcəyi məkandır.”
Sonra Nuh Peyğəmbər (ələyhissalam) və gəmidəkilər İmam Hüseynin (ələyhissalam) məzlumluğuna görə əzadarlıq edib Həzrətin qatillərinə lənət göndərdilər.2
Dostları ilə paylaş: |