İmam hüseyniN (ələyhissalam)


HƏZRƏT İBRAHİMİN (ələyhissalam) GÖZ YAŞLARI



Yüklə 0,77 Mb.
səhifə37/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   33   34   35   36   37   38   39   40   ...   79

HƏZRƏT İBRAHİMİN (ələyhissalam) GÖZ YAŞLARI


Allah-təala İbrahim Peyğəmbəri (ələyhissalam) bir daha imtahan etmək və yüksək bir mükafat (imamət məqamı) vermək üçün oğlunu qurban kəsməsini əmr etdi.

Həzrət bu əmrə hazır olduqda Allah-təala buyurdu: “Ey İbrahim! Sənin fikrincə aləmlərin ən sevimli məxluqu kimdir?”

O: “Sənin sevimli və seşilmiş bəndən Muhəmməd (sallallahu ələyhi və alihi və səlləm).

Allah-təala buyurdu: “Onu çox istəyirsən, ya özünü?”

Dedi: “Onu.”

Buyurdu: “Onun övladını çox istəyirsən, yoxsa öz övladını?”

Ərz etdi: “Onun əziz övladını öz övladımdan çox isrəyirəm.”

Allah-təala buyurdu: “De görüm, ədalət və haqq uğrunda onun övladının zalımların əli ilə başının kəsilməsi sənin üçün ağırdır, yoxsa öz əlinlə oğlunun Allah yolunda qurban kəsilməsi?”

İbrahim Peyğəmbər (ələyhissalam) cavab verdi: “Düşmənlərin əli ilə Onun qətlə yetirilməsi mənim üçün çox ağırdır.”

Allah-təala buyurdu: “Ey İbrahim! Özlərini Muhəmməd ümmətindən hesab edən bir qrup Onun vəfatından sonra övladı Hüseynin başını zalımcasına kəsəcəklər. Onlar etdikləri bu cinayətə görə ən böyük əzaba duçar olacaqlar.”

Həzrət eşitdiyi bu hadisəyə görə çox narahat və qəmgin olub göz yaşı axıtmağa başladı. Ona vəhy olundu: “Ey İbarahim! Hüseynə ağlayıb göz yaşı axıtdığın üçün oğlun İsmayılın qurban etməsini bağışladım. Bu böyük müsibətə səbr və dözüm göstərdiyinə görə sənə yüksək dərəcələr əta etdim.”1

Başqa bir rəvayətdə belə nəql olunur: “ Həzrət İbrahim (ələyhissalam) at ilə Kərbəla çölünə gəlib çatdıqda atının ayağı sürüşdü və O atdan yerə yıxılıb başı qanadı. O, üzünü səmaya tərəf qaldırddı və dedi: “Pərvərdigara! Hansı xəta məndən üz verdi?”

Allah-təalanın izni və iradəsi ilə at dilə gəlib cavab verdi: “Bu torpaqda sonuncu Peyğəmbərin (sallallahu ələyhi və alihi və səlləm) övladı şəhadətə yetişəcəkdir. Buna görə də Onunla həmdərd olasan deyə sənin qanın axıdıldı.” 2


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin