İmam hüseyniN (ələyhissalam)


ALLAH-TƏALANIN MUSAYA (ələyhissalam) MÜSİBƏTİ ZİKR ETMƏSİ



Yüklə 0,77 Mb.
səhifə40/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   36   37   38   39   40   41   42   43   ...   79

ALLAH-TƏALANIN MUSAYA (ələyhissalam) MÜSİBƏTİ ZİKR ETMƏSİ


Bir gün Bəni-İsraildən olan bir şəxs Həzrət Musanın (ələyhissalam) tələsik halda Yaradanla münacat üçün Tur dağına getdiyini gördü. Yaxınlaşıb ona dedi: “Ey Allahın Peyğəmbəri! Böyük bir günaha mürtəkib olmuşam. Xahiş edirəm, Allahdan bağışlanmağımı istə.”

Həzrət Musa (ələyhissalam) münacat əsnasında Uca Allaha ərz etdi: “Pərvərdigara! Mən bir söz deməmişdən qabaq onsuz da Sən hər şeyi bilirsən. Bəndələrindən biri böyük bir günaha batmışdır. Səndən onu əfv edib bağışlamağını istəyirəm.”

Allah-təala buyurdu: “Hər kəs günahından peşiman olub bağışlanmaq istəsə, onu əfv edəcəyəm. Lakin Hüseynin qatillərini heç vaxt bağışlamayacağam.”

Həzrət soruşdu: “İlahi! Hüseyn (ələyhissalam) kimdir?”

Buyurdu: “Həmin kəsdir ki, Tur dağında sənə bəyan oldu.”

Həzrət Musa (ələyhissalam) yenə soruşdu: “Onu kim qətlə yetirəcəkdir?”

Allah-təala buyurdu: “Zalımlar və təcavüzkarlar onu Kərbəla çölündə şəhadətə yetirəcəklər. Onun atı hər tərəfə qaçaraq fəryad edəcək və Peyğəmbərin əziz qızının oğlu üçün zalımların zülmündən nalə çəkib yardım diləyəcəkdir. Hüseynin şəhadətindən sonra mübarək bədəni qüslsüz və kəfənsiz Kərbəla çölündəki qızmar daşların üstünə düşəcək, hər nəyi varsa, qarət olunacaqdır. Onun ailəsi əsir düşəcək,s əhabələri və dostları şəhadətə yetişəcəkdir. Onların başları öz İmamının başı ilə birlikdə nizələrin ucuna sancılacaqdır. Kiçik yaşlı uşaqlar susuzluqdan dözə bilməyib ölümcül vəziyyətə düçar olacaq, qocaların bədənlərinin dərisi solacaqdır. Onlar özlərinə bir yardım edən axtaracaqlar. Lakin heç kim onlara kömək etməyəcəkdir.”

Bunu eşidən Həzərti Musa (ələyhissalam) ağlamağa başladı. Sonra Allah-təala yenidən buyurdu: “Ey Musa! Hər kəs bu müsibəti dərk edib göz yaşı axıtsa, yaxud başqalarını ağlatsa və y əzadarlıq edib qəm-qüssəyə batsa, onun bədəni Cəhənnəm odunda yanmayacaqdır.”1

Başqa bir rəvayətdə belə deyilir: “Harun Peyğəmbər (ələyhissalam) vəfat etdiyi zaman Həzrət Musa (ələyhissalam) əllərini səmaya qaldırıb dedi: “İlahi! Qardaşımı bağışla.”

Allah-təala Musa Peyğəmbərə (ələyhissalam) xitab edib buyurdu: “Ey Musa! Əgər bütün yer üzünün camaatı üçün bağışlanmaq istəsən, hamısını bağışlayaram, lakin Hüseynin qatillərini heç vaxt bağışlamaram.”2



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin