YEZİDƏ LƏNƏT KƏRBƏLADAN KEÇMƏYİN ŞƏRTİDİR
Bir gün Həzrət İsa (ələyhissalam) səhabələri ilə birlikdə Kərbəla torpağından keçməli oldular. Birdən qəzəbli və vəhşi bir şirin onların qarşısını kəsib yol üstündə durduğunu gördülər. Həzrət ondan soruşdu: “Nə üçün yolumuzu bağlamısan?”
Şir Allah-təalanın izni ilə dilə gəlib cavab verdi: “Əgər Əli və Fatimənin (ələyhiməssalam) övladının qatili Yezidə lənət göndərməsəniz, mən sizi bu torpaqdan keçməyə qoymayacağam.”
Bunu eşidən Həzrət İsa (ələyhissalam) və səhabələr o fasiqə lənət yağdırmağa başladılar.1
Dostları ilə paylaş: |