İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə42/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   38   39   40   41   42   43   44   45   ...   79

QATİLİN TANITDIRILMASI


Hüzeyfə Yəmani nəql edir: “İmam Hüseyn (ələyhissalam) hələ uşaq çağlarında ikən buyurmuşdur: “Allaha and olsun ki, Bəni-Üməyyənin zalımları məni öldürmək üçün bir yerə yığışacaqlar. Ömər ibni Səd isə onların təyin etdiyi qoşun sərkərdəsi olacaqdır.”

Mən O Həzrətdən soruşdum: “Bu mətləbi Peyğəmbəri-Əkrəm (salləllahu ələyhi və alihi və səlləm) Sizə xəbər vermişdir?”

Buyurdu:”Xeyr.”

Sonra mən Allahın Elçisinin (salləllahu ələyhi və alihi və səlləm) yanına gedib İmam Hüseynin (ələyhissalam) sözlərini O Həzrətə çatdırdım. Həzrət Muhəmməd (salləllahu ələyhi və alihi və səlləm) buyurdu: “Mənim elmim Hüseynin elmi və Hüseynin elmi mənim elmimdir. Çünki biz hələ baş verməmiş bütün hadisələrdən xəbərdarıq.”1

Başqa bir rəvayətdə deyilir: “Bir gün Ömər ibni Səd İmam Hüseynə (ələyhissalam) dedi: “Ağılsız və alçaq adamlar deyirlər ki, guya mən sizi qətlə yetirəcəyəm.”

Həzrət təbəssüm edərək buyurdu: “Onlar ağılsız deyil, əksinə alim və bilikli insanlardır. Söylədikləri doğrudur. Amma bunu bil ki, məndən sonra bir dəfə də olsun sənin qarnın arpa suyu ilə belə doymaz və ömrün də uzun çəkməz.”

Həqiqətən də onun aqibəti İmam Hüseyn (ələyhissalam) buyurduğu kimi oldu. Kərbəla faciəsindən az bir müddət sonra Muxtar Səqəfi qiyam edib Kərbəla faciəsində iştirak edən zalımları qətlə yetirdi. Həmçinin Ömər ibni Sədə ağır əzab və işkəncə verərək onu Cəhənnəmə vasil etdi.”2


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin