İmam hüseyniN (ələyhissalam)


HİNDİSTAN PADŞAHININ MÜSƏLMAN OLMASI



Yüklə 0,77 Mb.
səhifə47/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   43   44   45   46   47   48   49   50   ...   79

HİNDİSTAN PADŞAHININ

MÜSƏLMAN OLMASI


İmam Hüseynin (ələyhissalam) dövründə Qeys adında bir büdpərəst Hindistan ölkəsində padşah idi. O, Aşura günü ova çıxmışdı. Atı ilə bir ahunun dalınca düşüb onu tutmaq istəyirdi. Elə bu zaman bir şir yolun ortasında peyda olub padşaha hucum etmək istədi. Padşah atını saxladı və ibadət etdiyi bütlərdən yardım istəməyə başladı. Lakin onun dadına yetişən olmadı.

Padşahla birlikdə ova çıxan və şiə olan xidmətçi dedi: “Ey Soltan! Cansız əşyalar sizə nicat verə bilməzlər. Allahın höccətini çağırıb Ona təvəssül edin.”

Padşah soruşdu: “Allahın höccəti kimdir?”

Xadim: “Allahın höccəti hal-hazırkı dövrdə Mədinədə1 rəhbərlik edən Hüseyn ibni Əlidir (ələyhiməssalam).”

Qorxu və iztirab içində olan padşah ağladı və fəryad çəkməyə başladı: “Ey Allahın höccəti! Ey Hüseyn! Dadıma yetiş!”

Birdən toz-torpaq içində olan və müşk ətrinin iyini verən bir atlının onlara tərəf sürətlə gəldiyini gördülər. Atlı heç bir söz demədən şiri oradan uzaqlaşdırandan sonra buyurdu: “Ey Qeys! Mən indi Kərbəlada baş verən döyüşdən gəlirəm. İraq camaatı məktub yazaraq məni dəvət etdilər. Lakin sonradan əhdlərinə vəfasız çıxıb hətta suyu belə üzümüzə bağladılar. Onlar qardaşlarımı, övladlarımı və səhabələrimi öldürdülər. İndi isə tək tənha qalmışam. Düşmənlərlə vuruşduğum zaman sənin fəryadın qulağıma yetişdi və gəldim ki, sənə nicat verəm. İndi isə özlərini mənim cəddimin ümmətindən hesab edənlərlə döyüşə qayıdıram.”

Soltan dedi: “Mənim çoxlu qoşunum var. İcazə versəniz, onları Sizin ixtiyarınızda qoyardım.”

Həzrət buyurdu: “Mənim ömrümə iki saatdan artıq vaxt qalmayıb. Bu gün mən şəhadətə çatmalıyam. Səndən istəyim budur ki, İslamı qəbul edib öz rəiyyətinlə1 birlikdə hər il Aşura gününü əzadarlıq edəsiz.”

Soltan dedi: “Onda xahiş edirəm, şəhadətinizə görə mənə bir nişan verin.”

İmam (ələyhissalam) mübarək əlini uzadıb ağacın bir budağını qopartdı və padşaha verib buyurdu: “Budaqdan qan axanda mənim şəhadətə çatdığımı biləcəksən.”

Həzrət bunu buyurub gözlərdən qeyb oldu.2


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin