İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə48/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   44   45   46   47   48   49   50   51   ...   79

CİNLƏRİN RƏİSİ ZƏFƏR3


Kərbəlada baş verən ürəkyandırıcı səhnələr davam edərkən şiə cinlərin rəisi Zəfər “Bərul-ulum” adlanan bir məkanda özü üçün toy mərasimi qurmuşdu. O, toy məclisinə cin tayfasının böyüklərini də dəvət etmişdi. Zəfər şad-xürrəm halda bəylik masası başında əyləşmişdi. Birdən oturduğu taxtın altından ahu-nalə və ağlamaq səsləri eşitdi.

O, dedi: “Toyumda ağlayan kimdir?!”

İki cin ona yaxınlaşıb dedilər: “Ey əmir! Bizi filan şəhərə göndərdiyiniz zaman yolumuz ərəblərin adlandırdığı “Neynəva” çölündəki Fərat çayının yaxınlığından düşdü. Orada böyük bir qoşunun yığıldığını və döyüşdüyünü müşahidə etdik. Onlara yaxınlaşdıqda Hüseyn ibni Əlinin (ələyhiməssalam) ailəsinin və səhabələrinin şəhadətə yetişdiyini, O Həzrətin isə tək-tənha döyüş meydanında olduğunu gördük. Biz Onun atasının vasitəsi ilə müsəlman olanlardanıq. Qərib və kimsəsiz İmam (ələyhissalam) nizəyə söykənmiş halda ətrafa nəzər salıb buyururdu: “Bizə kömək edən bir kəs varmı?!” Onun əhli-əyalının nalə və fəryad səsləri göylərə ucalmışdı. Bu faciəli hadisəni müşahidə etdikdə tez özümüzü sizə çatdırıb xəbər vermək istədik.”

Zəfər bunu eşidən kimi şahənşahlıq tacını başından çıxartdı və bəylik paltarını soyunub cin tayfalarını bu cərəyandan xəbərdar. Sonra birlikdə Kərbəlaya tərəf tələsik yola düşdülər.

Zəfərin özü belə deyir: “Biz Kərbəla çölünə yetişdikdə Mənsur, Nəsir, Cəbrayıl, Mikayıl və İsrafil mələklər neçə min qoşunla, o cümlədən külək, dəniz, dağ, atəş və əzab mələkləri isə hərəsi öz qoşunu ilə düşmən ordusunu əhatəyə aldığını və onları məhv etmək üçün əmr gözlədiklərinin şahidi olduq. Bundan əlavə yüz iyirmi dörd min Peyğəmbərin ruhları da heyrət içində sıraya düzülmüş, Xatəmul-Ənbiya Həzrət Muhəmməd (sallallahu ələyhi və alihi və səlləm) isə mübarək qollarını Hüseynə (ələyhissalam) tərəf uzatmış halda buyururdu:


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin