İmam hüseyniN (ələyhissalam)


ولدی العجل العجل انا مشتاقون



Yüklə 0,77 Mb.
səhifə49/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   45   46   47   48   49   50   51   52   ...   79
ولدی العجل العجل انا مشتاقون
Vələdi, əl əcəl, əl əcəl, inna muştaqun.”1
Ali əbanın beşincisinin mübarək başı və bədəni al-qana bulaşmış və gözləri dolu halda tək-tənha döyüş meydanında dayanmışdı. O , hər nəfəs alıb buraxdıqca mübarək ağzından qan sıçrayır və ətrafındakı mələklərə heç bir əhəmiyyət vermirdi. Mələklər mənə Həzrətin xidmətinə yetişməyimə icazə vermirdilər. Birdən İmam Hüseyn (ələyhissalam) mübarək başını qaldırıb gözünün ucu ilə mənə baxdı və yanına getməyimi işarə etdi. Bu nu duyan mələklər dönüb mənə tərəf baxdılarr və İmamın (ələyhissalam) hüzuruna getmək üçün yolumu açdılar. Özümü Həzrətin yanına çatdırıb dedim: “Mən otuz altı min cin ilə sizə yardım etməyə gəlmişik.”

İmam Hüseyn (ələyhissalam) buyurdu: “Ey Zəfər! Zəhmət çəkmisiniz, Allah və Peyğəmbəri sizdən razı olsun. Allah-təala əməllərinizi qəbul etsin. Lakin mənə kömək lazım deyil, geri qayıdın!”

Dedim: “Fəda olum Sizə, niyə icazə vermirsiniz?”

Buyurdu: “Siz onları (düşmən qoşunu) görürsünüz, amma onlar sizi görmürlər və bu da mərdlikdən uzaqdır.”

Ərz etdim: “İcazə verin, insan cildinə girib onlarla vuruşaq və əgər öldürülsək, Allah yolunda ölmüş olarıq.”

Həzrət buyurdu: “Ey Zəfər! Yaşamağa meylim yoxdur və Allaha qovuşmaq istəyirəm. Sizin hamınız geri qayıdın! Mənə kömək etmək əvəzinə mənim üçün əzadarlıq edib göz yaşı axıdın! Göz yaşlarınızı mənim yaralarıma məlhəm edin!”

Biz hamımız İmam Hüseynin (ələyhissalam) əmrinə əsasən qayıtdıq və mən toyumu yas mərasiminə döndərdim. Anam məndən soruşdu: “Ey oğul, nə edirsən?! Hara getmişdin? Nə üçün belə narahatsan?”

Cavab verdim: “Anacan! Bizi müsəlman edən kişinin oğlu Kərbəlada düşmən qoşunu ilə vuruşurdu. Mən öz qoşunumla Onun köməyinə yetişdik, lakin İmam (ələyhissalam) bizim döyüşməyimizə izn vermədi. Onun əmrinə itaət vacib olduğu üçün biz də geri qayıtdıq.”

Anam sözlərimi eşidib dedi: “Ey oğlum! Sən məni narahat etdin, mən səndən narazıyam. Axı Qiyamət günü Onun anası Fatiməyə (ələyhissalam) nə cavab verəcəyəm?!”

Dedim: “Anacan! Mənim arzum canımın İmama (ələyhissalam) fəda olması idi, lakin O, icazə vermədi.”

Anam israr edərək dedi: “Qalx ayağa! Birlikdə gedib O Həzrətdən icazə istəyək. Mən Ona yalvarıb ətəyindən yapışaraq döyüşüb şəhid olmağını istəyəcəyəm.”

Nəhayət anam irəlidə, mən də öz qoşunumla birlikdə Kərbəlaya tərəf üz tutduq. Ora çatanda qoşundan təkbir sədaları ucaldı. Belə ki, ətrafa nəzər salıb İmam Hüseynin (ələyhissalam) mübarək başını nizənin ucunda, xeymələrin isə atəş içində yandığını gördük. Anam tələsik İmam Səccadın (ələyhissalam) hüzuruna yetişib düşmən qoşunu ilə vuruşmağımızı Ondan xaiş etdi.

Həzrət döyüşə izn vermədi, lakin buyurdu: “Bu səfərdə gecələr dəvələrin üstündə yatan uşaqları qoruyub onlardan muğayat olun!”

Beləliklə, cinlər Şama kimi İmam Səccadın (ələyhissalam) buyurduğunu yerinə yetirdilər. Sonra Həzrət onların geri qayıtmasını əmr etdi.1



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin