İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə50/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   46   47   48   49   50   51   52   53   ...   79

ELMDƏN BİR DAMLA


“Musuətu kəlimatul Husəyn” kitabında nəql olunur: “Bilirik ki, hər hansı bir İmamın bütün dillərə varid olması imamətin şərtlərindən biridir. İmam Hüseyn (ələyhissalam) uşaq ikən belə heyvanların və quşların dillərindən xəbərdar idi. Bir nəfər Həzrətdən bu barədə soruşdu. İmam (ələyhissalam) da ona həmin heyvanların hansı zikri etdiyini açıqladı. Bu ibrətamiz hadisəyə əsasən Quran ayəsini yada salmaq yerinə düşər:
تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالأَرْضُ وَمَن فِيهِنَّ وَإِن مِّن شَيْءٍ إِلاَّ يُسَبِّحُ بِحَمْدَهِ وَلَـكِن لاَّ تَفْقَهُونَ تَسْبِيحَهُمْ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا
»Yeddi göy, yer və onlarda olan hər bir kəs Onu pak sifətlərlə mədh edir. Və elə bir şey yoxdur ki, tərifləyərək Onu pak sifətlərlə mədh etməsin. Və lakin siz onların (həmin) mədhini başa düşmürsünüz. Həqiqətən O həlim və bağışlayandır.«2

Muhəmməd ibni İbrahim ibni Haris Teymi Hüseyn ibni Əlidən (əəyhiməssalam) belə nəql edir:

Kərkəs quşu oxuduğu zaman bu sözləri zikr edir: “Ey insan! Hər necə istəyirsənsə,e ləcə də bu dünyada yaşa! Lakin axırın ölümdür.”

Tovuz quşu belə deyir: “Ey mənim Mövlam! Mən özümə zülm etdim və öz gözəlliyimlə öyündüm. Məni bağışla!”

Xoruz banlayanda deyir: “Allahı tanıyan şəxs Onu yaddan çıxartmaz.”

Qartal deyir: “Hər kəs Allaha itaət etsə, çətinlik çəkməyəcəkdir.”

Huda adlı quş isə bu zikri deyir: “Ruzinin sənə yetişməsi üçün Allaha təvəkkül et!”

Şahin bu təsbihi edir: “Allah pakdır. O, Haqqdır. O, Haqqdır.”

Bayquş oxuduğu zaman deyir: “İnsanlardan uzaqlaşmaq-Allahla ünsiyyətdə olmaqdır.”

Qarğa isə bu duanı edir: “Ey Rusi yetirən! Mənə halal ruzi yetir!”

Ördək deyir: “Səndən bağışlanmaq, Səndən bağışlanmaq istəyirəm.”

Şanapipik oxuduğu zaman deyir: “Allaha üsyan edən kəs necə də bədbəxdir.”

Sərçə isə belə deyir: “Ey Allahı qəzəbləndirən, günahdan istiqfar et!”

Bülbül bu zikri deyir: “Lə iləhə illəllah. Həqqan Həqqa.”

Şir nərə çəkib deyir: “Allahın əmri mühümdür, mühüm.”

İnək fəryad edib deyir: “Diqqət! Diqqət! Ey adəm oğlu! Sən elə bir Kəsin hüzurundasan ki, O, səni görür, lakin Özü görünmür. O, Allahdır.”

Fil bunu deyir: “Ölümdən çarə və nicat yoxdur.”

Canavar ulayan zaman bu zikri deyir: “Allahın qoruduğu hər şey zay olmaz.”

Tülkü isə belə nida edir: “Vay, vay, vay olsun o kəsə ki, günahlarında israr (təkrar) edir.

Ahu da bu duanı edir: “İlahi! Məni əzab-əziyyətdən qoru!”

İt hürdüyü zaman deyir: “İnsanın zəlil olması üçün etdiyi günah kifayətdir.”

Bunlar heyvanların zikrləri idi. Biz insanların zikrdən xəbərsiz olmağımız isə Allah-təalanın dərgahında necə də pisdir.1



Ey mənim Mövlam! Sənsən Yaradan, mənəm yaranmış. Kim yaranmışa Yaradandan başqası rəhm edər? Ey mənim Mövlam! Sənsən İzzətli, mənəm xar və zəlil. Kim xar və zəlilə İzzətlidən başqası rəhm edər? Ey mənim Mövlam! Sənsən Ehtiyacsız, mənəm ehtiyaclı. Kim ehtiyaclıya Ehtiyacsızdan başqası rəhm edər? Ey mənim Mövlam! Sənsən Diri, mənəm ölü. Kim ölüyə Diridən başqası rəhm edər? Ey mənim Mövlam! Sənsən Bağışlayan, mənəm günahkar. Kim günahkara Bağışlayandan başqası rəhm edər?2



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin