İmam hüseyniN (ələyhissalam)


HƏZRƏT CƏBRAYILIN FƏRYADI



Yüklə 0,77 Mb.
səhifə52/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   48   49   50   51   52   53   54   55   ...   79

HƏZRƏT CƏBRAYILIN FƏRYADI


İmam Sadiq (ələyhissalam) buyurur: “İmam Hüseyni şəhid olandan sonra düşmən qoşunu bir kişinin şiddətlə nalə və fəryad çəkib ağladığını müşahidə etdilər. Ona dedilər: “Ey kişi! Bəsdir, nə üçün bu qədər fəryad çəkirsən?”

Cavab verdi: “Axı necə də fəryad çəkməyim? Allahın Elçisini görürəm. O Həzrət gah asimana, gah da döyüş meydanına nəzər yetirir. Onun Allahı çağırıb nifrin etməsindən, yer əhlinin qəzəbə düçar olmasından və özümün də həlak olmasından qorxuram.”

Bəziləri dedilər: “Deyəsən, bu kişi səfehdir. Axmaq-axmaq sözlər danışır.”

Sonradan “Təvvabin”1 ləqəbi ilə tanınan bir qrup o kişinin sözlərindən təsirlənərək dedilər: “Biz Süməyyənin oğluna xatir Behişt cavanlarının ağasını qətlə yetirdik.”

Onlar elə oradaca öz əməllərindən peşiman olub tövbə etdilər və ibni Ziyadın əleyhinə qiyama qalxdılar.

Sonralar İmam Sadiqdən (ələyhissalam) Kərbəlada nalə və fəryad çəkənin kim olduğunu soruşdular. Həzrət buyurdu: “O, Cəbrayıldan başqa bir kəs deyildir. Əgər Allah-təala Ona ucadan fəryad çəkməsinə izn versəydi, onda düşmən qoşununun ruhu bədənindən çıxar və hamısı Cəhənnəmə vasil olardı. Lakin Uca Allah o zalımların günahlarının artırılması və əzablarının şiddətlənməsi üçün onlara möhlət verdi.”2



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin