İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə53/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   49   50   51   52   53   54   55   56   ...   79

QUŞLARIN ƏZADARLIĞI


Mövla İmam Hüseyn (ələyhissalam) şəhadətə çatanda pak bədəni torpağın üstünə düşdü və müqəddəs qanı axmağa başladı. Bu zaman ağ bir quş O Həzrətə yaxınlaşıb özünü İmamın (ələyhissalam) qanına bulaşdırdı və yenidən uçub getdi. Qan damcıları axa-axa uçan quş ağacın gölgəsinə cəm olub başları yeyib-içməyə və oynamağa qarışan bir quş dəstəsini müşahidə etdi.

Həmin quş onlara dedi: “Vay olsun sizə! Başınız dünya işlərinə qarışıb, lakin İmam Hüseynin (ələyhissalam) mübarək başı Kərbəlanın qızmar çölündə kəsilmiş və qanı axıdılmışdır.”

Bunu eşidən quşlar Kərbəlaya üz tutdular. Onlar yetişib İmam Hüseynin (ələyhissalam) başsız bədənini qüsl və kəfənsiz vəziyyətdə torpağın üstündə gördülər. O Həzrətin mübarək bədənində çoxlu qılınc yaraları var idi. Müqəddəs başı boynunun arxa tərəfindən kəsilmişdi. Heyvanlar Həzrət ziyarət etməyə başladılar. İmam Hüseynin (ələyhissalam) pak bədəni ətrafa nur saçırdı.

Quşlar bu ürək yandırıcı mənzərəni gördükdə qəm-qüssəyə batıb ucadan fəryad çəkdilər və ahu-zar edib ağlamağa başladılar. Onlar da özlərini O Həzrətin müqəddəs qanına bulaşdırıb ətrafdakı quşlara bu faciəni çatdırmaq üçün hərəsi bir tərəfə uçmağa tələsdilər. Quşlardan biri nalə çəkib ağlayaraq Mədinə şəhərinin quşlarına belə xitab edirdi: “Agah olun! İmam Hüseyn (ələyhissalam) Kərbəlada qətlə yetirildi. Agah olun! Onun başını kəsdilər, xeymələrə hucum edib hər nə varsa, qarət etdilər və əhli-əyalını əsir tutub apardılar.”

Bu naləni eşidən Mədinənin quşları Peyğəmbəri-Əkrəmin (sallallahu ələyhi və alihi və səlləm) qəbri üstə cəm oldular və həmin quşa qoşulub İmam Hüseynə (ələyhissalam) novhə deyib ağlamağa başladılar.

Mədinə camaatı quşların bu hərəkətini və o quşun qanadlarından axan qanı gördükdə çox təəccübləndilər, lakin bundan bir şey anlaya bilmədilər.

Bir müddət keçdikdən sonra Kərbəla faciəsinin xəbəri ətrafa yayılmağa başladı. Mədinə camaatı bu hadisədən xəbərdar olduqda qanadlarından qan axan quşun Kərbəlada Fatimeyi-Bətulun (ələyhəssalam) övladı və Həzrət Muhəmmədin (sallallahu ələyhi və alihi və səlləm) iki gözünün nuru olan İmam Hüseynin (ələyhissalam) şəhadət xəbərini gətirdiyini anladılar.1


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin