İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə55/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   51   52   53   54   55   56   57   58   ...   79

SƏMADAN QAN YAĞIR


Zəhəbi Nəzrətul Əzdiyydən belə nəql edir: “İmam Hüseyn (ələyhissalam) şəhadətə çatandan sonra səmadan qan yağırdı, belə ki, biz yerdə olan bütün əşyaların qırmızı rəngə boyanmasını öz gözlərimizlə müşahidə edirdik.”2

Başqa bir rəvayətdə Cəfər ibni Süleyman xalası Ümmü Salimdən belə nəql edir: “İmam Hüseyn (ələyhissalam) şəhadətə yetişəndən sonra göydən bütün evlərə və divarlarına qan yağmağa başladı. Sonradan xəbər tutdum ki, həmin qan Xorasana, Şama və Kufəyə də yağmışdı.” 3


DAŞLARIN ALTINDAN QANIN AXMASI


Vəlid ibni Əbdul Məlik Zuhəridən soruşdu: “Hüseyn ibni Əlinin (ələyhiməssalam) qətlindən sonra Beytul-Müqəddəsin daşları hansı vəziyyətdə idi? Cavab verdi: İmam Hüseyn (ələyhissalam) şəhid olandan sonra mənə dedilər ki, hər hansı bir daşı yerdən qaldıranda onun altından qan axdığını müşahidə edirdilər.”1

Bir kişi belə deyir: “Allaha and olsun ki, Beytul-Müqəddəsin camaatı və onun ətrafında yaşayanlar Hüseyn ibni Əlinin (ələyhiməssalam) şəhadət xəbərini eşitdikdə yerdən qaldırdığımız hər bir daşın və çınqılın altından isti və təzə qan fəvvarə vururdu. Şəhərin divarları qana boyanmışdı. Üç gün dalbadal asimandan qan yağırdı. Qeybdən isə bu nidanı eşidirdik: “Hüseyni qətlə yetirən ümmətin Onun cəddindən şəfaət diləməyə ümidləri varmı? Allaha and olsun ki, xeyr! Onlar heç vaxt Əhmədin2 və Əbu Turabın3 şəfaətinə nail olmayacaqlar.”4

Ümmi Həyyandan belə nəql olunur: “İmam Hüseyn (ələyhissalam) şəhadət günü üç gün dalbadal yer üzünü qaranlıq bürüdü. Zəfərana əl vuran şəxsin əli yanırdı. Beytul-Müqəddəsdə isə daşların altından qan axırdı.”5


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin